Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Ermənistanın helikopterini məhv etməyə hazırdır - Nazirlikdən təcili XƏBƏRDARLIQ!

2018-09/1537857633_mudafie-nazirliyi.jpg

HƏRBİ

2175

25.09.2018, 10:39

\"\" Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
Oxu24.com -un  məlumatına görə, Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.