Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
5961
05.04.2018, 11:38
Ötən əsrin 70-ci illəri Yaylım Atəşli Reaktiv Sistemlərinin inkişafında xüsusi bir mərhələ təşkil etdi. Həmin dövrdə yeni odsaçan silahlar olduqca məxfi saxlanılırdı və onlar barəsində heç bir informasiya verilmirdi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yaşayan bütün canlı və cansızlar bir an içərisində külə çevrilirdilər. Bundan əlavə olaraq silah havanın alışıb yanması nəticəsində vakum bombası effekti yaradırdı. Yeni sistemi TOS-1 "Buratino" adlandırdılar.| <a href=" https://www.facebook.com/oxu24com/" target="_blank">BİZİ FACEBOOKDA İZLƏYİN BİZİ FACEBOOKDA İZLƏYİN</a> |
Onun 46 ton ağırlığında döyüş kütləsi yüksək yükgötürmə qabiliyyətli şassi, kiçik effektiv atəş məsafəsi (400- 4500 metr) isə zirehli qorunma tələb edirdi. Atıcı qurğunun 30 ədəd idarəolunmayan raket istiqamət modulu dönən platformada paket formasında quraşdırılır. Qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlər maşından çıxmadan, nişangah və elektrik ötürücü vasitələrlə həyata keçirilirdi. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət xüsusi atəşə nəzarət sisteminin yaradılmasını tələb edirdi.
"Buratino" sistemi idarəolunmayan termobarik raketlərdən kütləvi istifadə etməklə düşmənin yüngül zirehli və zirehsiz nəqliyyat vasitələrini, tikili və binalarını, düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Bu silah cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulur. Məlumata görə, ilk dəfə bu silahı 1988-1989-cu illərdə Əfqanıstan müharibəsi zamanı əfqan mücahidlərinin gizləndikləri Cənubi Salanqa əyalətindəki mağaraları dağıtmaq üçün "Tayfun" əməliyyatında istifadə ediblər. Daha sona - 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunub. İlk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunub. 2001-ci ildə isə ilk dəfə silah sərgisində nümayiş etdirilib.
Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı –TOS-1A "Solntsepyok" yaradıldı. TOS-1A "Solntsepyok" sistemləri T-90 tanklarının şassisi üzərində quraşdırıldı. Bu sistem sələfindən atəşin daha mükəmməl idarə edilmə sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılmaqla yanaşı, hər bir raketin dağıdıcı radiusu da yüksəldilib.
TOS-1A "Solntsepyok", T-72 tankının bazasında 220 mm-lik Sovet istehsalı ağır odsaçan artilleriya sistemi olan TOS-1 "Buratino" kompleksinin modifikasiyasıdır.
Bir TOS1A "Solntsepyok" qurğusu 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. Bir raketinin məhv etmə radiusu 2.5 hektara yaxındır.
2001-ci ildən Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildən icazə verilıb. Məlumatlara görə, Azərbaycan Respublikası 2010-cü ildə "Rosoboroneksport" ilə bağlanan müqavilə əsasında bir divizionun silahlanması üçün yetərli olan 18 ədəd "Solntsepyok" odsaçan kompleksi əldə edib.
TOS-1A "Solntsepyok" ağır odsaçan sistemi 2001-ci ilin aprel ayından etibarən radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının silahlandırılmasına qəbul edilib. Rusiya istehsalı olan TOS-1A "Solntsepyok" sisteminin təyinatı düşmənin zirehli texnikasını sıradan çıxarmaq, müxtəlif hücum və müdafiə döyüşlərində onun canlı qüvvəsini açıq və qapalı atəş mövqelərində məhv etməkdən ibarətdir.
Həmçinin oxuyun
Döyüş maşının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 km-dir. 30 dərəcəli bir yoxuşa 25 dərəcəli krenlə qalxa bilən TOS-1A, 1.2 metr yüksəklikdə maneələri də rahatlıqla aşa bilir.
TOS-1A kompleksinin təkrar sursatla doldurulması üçün əlavə bir tank platforması nəzərdə tutulur. Sursatlar əvvəl bəhs etdiyimiz kimi, 217 kq çəkidə termobarik raketlərdən ibarətdir. Doldurulma prosesi hər raket üçün 1 dəqiqədən də az vaxt tələb edir. Döyüş ekipajı tank ilə eynidir və 3 nəfərdən ibarətdir. Tək fərq tuşlayıcı operatorun qüllədəki silahlar əvəzinə atıcı qurğunu idarə etməsindədir.
TOS-1A "Solntsepyok" odsaçan sistemləri isə ilk dəfə 2014-cü ilin oktyabrın 24- də İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında, 2017-ci ilin əvvəllərində isə Mosulun azad edilməsi əməliyyatının ilk günündə istifadə edilib.
ATƏT-in verdiyi məlumata əsasən 2015-ci ilin sentyabrında, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində separatçıların təlimlər keçdiyi ərazidə görünüb.
2015-ci ilin oktyabrın 10-da Suriya Ordusu tərəfindən Həma şəhərində, 2016-cı ildə Latakiya istiqamətində, 2017-ci ilin əvvəllərində isə Palmira şəhəri yaxınlığında üsyançılara qarşı "Solntsepyok"dan istifadə olunub.
2016-cı ilin aprel döyüşlərində Qarabağda Azərbaycan Ordusu tərəfindən TOS-1A "Solntsepyok" kompleksindən erməni işğalçılarının bağlı, uzunmuddətli atəş mövqelərinə zərbə vurulmasında istifadə olunub. Qadağan olunmayan və heç bir sığınacaqda belə qorunmaya imkan verməyən çox azsaylı silahlardan biridir. İstənilən düşməndə panika yarada biləcək əsl "cəhənnəm atəşi"dir. Motoatıcı bölüyün dayaq məntəqəsinin ölçülərinə yaxın bir ərazidə hər kəsi və hər şeyi 3000 dərəcə istilikdə külə çevirən TOS-1A "Solntsepyok" kompleksi düşmənlərimizin daim qorxulu röyalarından biri olaraq qalacaq.
Hərbi ekspert Ədalət Verdiyev (Ordu.az)
19:35 / 05 Dekabr 2025
6
19:30 / 05 Dekabr 2025
198
19:27 / 05 Dekabr 2025
19
19:16 / 05 Dekabr 2025
27
18:35 / 05 Dekabr 2025
27
18:03 / 05 Dekabr 2025
678
17:56 / 05 Dekabr 2025
100
17:41 / 05 Dekabr 2025
96
17:26 / 05 Dekabr 2025
1355
17:21 / 05 Dekabr 2025
310
17:15 / 05 Dekabr 2025
124
17:15 / 05 Dekabr 2025
62
17:06 / 05 Dekabr 2025
89
16:49 / 05 Dekabr 2025
2282
16:46 / 05 Dekabr 2025
331
16:44 / 05 Dekabr 2025
260
16:30 / 05 Dekabr 2025
65
16:25 / 05 Dekabr 2025
195
16:07 / 05 Dekabr 2025
150
16:01 / 05 Dekabr 2025
68
15:50 / 05 Dekabr 2025
107
15:45 / 05 Dekabr 2025
67
15:43 / 05 Dekabr 2025
76
15:38 / 05 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.