Müdafiə nazirinin ən gənc müavini KİMDİR?
15 Avqust 2026, 19:17
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1693
25.05.2026, 21:57
Mərkəzi Asiyanın aparıcı dövlətlərindən olan Özbəkistan öz Silahlı Qüvvələrini modernləşdirmək üçün regional kontekstdə tamamilə yeni və effektiv bir varianta — “Azərbaycan modeli”nə üstünlük verib. Son illərdə qazanılan tarixi hərbi qələbələr və ordunun NATO standartlarına (Türkiyə modelinə) uyğunlaşdırılması istiqamətində Bakının atdığı addımlar, artıq digər türk dövlətləri üçün də əsas hərbi-strateji bələdçiyə çevrilməkdədir.
Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və ondan sonrakı antiterror əməliyyatlarında nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, texnoloji üstünlüyü və çevik idarəetmə sistemi postsovet məkanında yaxından izlənilir. Məhz bu təcrübənin və Türkiyə ilə qurulan unikal müttəfiqlik formatının uğuru, Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri olan Mərkəzi Asiya ölkələrinin diqqətindən yayınmayıb. Daşkəndin öz ordusunu məhz bu model əsasında yenidən qurmaq qərarı, regionda yeni bir ortaq təhlükəsizlik zolağının formalaşdığından xəbər verir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında tamamilə yeni hərbi sistemə keçid edən lider dövlətdir:
“Azərbaycan keçmiş SSRİ Respublikaları arasında ilk türk ordu modelini tətbiq edən ölkədir və bu sahədə Silahlı Qüvvələrimiz çox böyük nailiyyətlər əldə edib. Buna görə də, bir çox keçmiş SSRİ Respublikaları arasında olan və Türk Dövlətləri Təşkilatının da müttəfiqimiz olan Orta Asiya ölkələri Azərbaycanın Azərbaycan modeli əsasında ordularının təkmilləşdirilməsinə qərar veriblər”.
Hərbi ekspert qeyd edib ki, bu proses sadəcə niyyət protokollarından ibarət deyil, artıq konkret müstəviyə keçib. Xüsusilə Özbəkistan və Qazaxıstanla hərbi tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub:
“Hazırda Özbəkistan və Qazaxıstan ilə bu istiqamətdə kifayət qədər ciddi fəaliyyətlər həyata keçirilir. Azərbaycan ordusunun həm hərbi təhsil sahəsində, həm o, türk ordu modeli istiqamətindəki müsbət təcrübəsindən dost və müttəfiq ölkələrimiz də yararlanmaq üçün fəaliyyətlərə başlayıblar”.
Ə.Verdiyevin sözlərinə görə, bu əməkdaşlıq təkcə ortaq təlimlərlə məhdudlaşmır, eyni zamanda hərbi təhsil sisteminin və kadr hazırlığının köklü şəkildə dəyişdirilməsini də nəzərdə tutur. Azərbaycanın hərbi təhsil müəssisələrinin Türkiyə standartlarına uyğunlaşdırılması prosesi bu gün Mərkəzi Asiya respublikaları üçün hazır və işlək bir mexanizmdir.
Ekspert vurğulayıb ki, türk dünyasının hərbi müstəvidə yaxınlaşması ümumi regionun sabitliyinə xidmət edir:
“Və bu əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində kifayət qədər mühüm rol oynayacaq”,-deyə ekspert əlavə edib.
“Azərbaycan modeli” nəyi ehtiva edir?
Azərbaycanın son illərdə qazandığı hərbi zəfərlər və Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə müttəfiqliyi, bu gün türk dövlətləri üçün yeni və alternativ bir təhlükəsizlik çətiri formalaşdırır. Özbəkistan ordusunun bu modelə keçidi həm də TDT daxilində gələcək kollektiv təhlükəsizlik mexanizmlərinin ilkin rüşeymləri kimi qiymətləndirilə bilər.
Çimnaz Telmanqızı
23:49 / 21 Avqust 2026
1
23:00 / 21 Avqust 2026
31
22:39 / 21 Avqust 2026
32
22:25 / 21 Avqust 2026
54
22:11 / 21 Avqust 2026
61
21:57 / 21 Avqust 2026
72
21:30 / 21 Avqust 2026
65
20:56 / 21 Avqust 2026
71
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
93
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.