Bu ölkə ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir — Regionda yeni təhlükəsizlik arxitekturası
25 May 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
604
15.04.2026, 17:46
Azərbaycanda hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən vətəndaşların yaşayış yeri üzrə qeydiyyata düşməsi üçün müəyyən edilən vaxt uzadılıb. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən yeni dəyişikliyə əsasən, bu proses üçün ayrılan müddət artıq daha uzundur.
Oxu24.com xəbər verir ki,yeni qaydalara görə, ordudan tərxis olunan şəxslər yaşayış yerinə çatdıqdan sonra 7 gün ərzində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək hərbi qeydiyyata alınmalıdırlar. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu müddət cəmi 3 gün idi. Bu dəyişiklik hərbi vəzifəlilərə sənədləşmə işlərini daha rahat həyata keçirmək imkanı yaradır.
Sənəddə həmçinin qeyd olunur ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdikdə mütləq şəkildə əvvəlki qeydiyyatdan çıxmalı və yeni olduqları yer üzrə qeydiyyata durmalıdırlar. Bu qayda hərbi uçotun dəqiqliyini təmin etmək məqsədi daşıyır.
Ehtiyatda olan vətəndaşların tibbi müayinə məsələlərinə də yenidən baxılıb. Belə ki, xəstəlik səbəbindən xidmət keçmədən ehtiyata buraxılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər. Əgər tibbi komissiya onların xidmətə yararlı olduğunu müəyyən edərsə, həmin şəxslər yenidən çağırışçı statusuna qaytarılır və ümumi qaydada hərbi xidmətə cəlb olunurlar. Bu prosesə cəlb olunan həkimlərin və tibbi heyətin iş yerlərindəki orta aylıq əməkhaqlarının saxlanılması da qanunla zəmanət altına alınıb.
Yəni hərbi xidmətdən qayıdan şəxslər artıq 3 gün deyil, bir həftə ərzində hərbi komissarlığa gedib qeydiyyata düşməlidirlər. Həmçinin vaxtilə xəstəliyə görə xidmət etməyənlər 30 yaşına qədər sağalarlarsa, yenidən əsgər getməli olacaqlar.
10:55 / 26 May 2026
1
10:50 / 26 May 2026
17
10:40 / 26 May 2026
80
10:35 / 26 May 2026
52
10:33 / 26 May 2026
43
10:16 / 26 May 2026
224
10:12 / 26 May 2026
63
10:04 / 26 May 2026
64
09:53 / 26 May 2026
64
09:47 / 26 May 2026
56
09:46 / 26 May 2026
137
09:45 / 26 May 2026
67
09:36 / 26 May 2026
260
09:31 / 26 May 2026
53
09:27 / 26 May 2026
220
09:23 / 26 May 2026
117
09:19 / 26 May 2026
63
09:17 / 26 May 2026
67
09:08 / 26 May 2026
110
08:57 / 26 May 2026
448
08:54 / 26 May 2026
75
08:52 / 26 May 2026
64
08:25 / 26 May 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.