Müdafiə Nazirliyinin MÜRACİƏTİ
22 Dekabr 2025, 10:06
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
992
09.11.2025, 12:10
Bu gün Vətən Müharibəsi Qəhrəmanımız Orxan Cabbarovun (1995-2020) anım günüdür.
Oxu24.com xatırladır ki,Orxan Cabbarov 1995-ci il noyabrın 20-də Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı.
Orxan Cabbarov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində Talış istiqamətində savaşıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb..Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz şəhərində dəfn olunub.
Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Həmçinin oxuyun
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
21:23 / 25 Dekabr 2025
30
20:00 / 25 Dekabr 2025
125
19:53 / 25 Dekabr 2025
48
19:37 / 25 Dekabr 2025
580
19:31 / 25 Dekabr 2025
1202
19:24 / 25 Dekabr 2025
118
19:06 / 25 Dekabr 2025
472
19:04 / 25 Dekabr 2025
101
18:09 / 25 Dekabr 2025
3059
18:07 / 25 Dekabr 2025
605
18:05 / 25 Dekabr 2025
65
17:28 / 25 Dekabr 2025
643
17:27 / 25 Dekabr 2025
73
17:25 / 25 Dekabr 2025
62
16:57 / 25 Dekabr 2025
144
16:54 / 25 Dekabr 2025
74
16:45 / 25 Dekabr 2025
241
16:42 / 25 Dekabr 2025
72
16:33 / 25 Dekabr 2025
336
16:22 / 25 Dekabr 2025
69
16:20 / 25 Dekabr 2025
80
16:08 / 25 Dekabr 2025
443
16:02 / 25 Dekabr 2025
91
16:00 / 25 Dekabr 2025
6949
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.