İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2700
08.11.2025, 21:35
Bakıda keçirilən Zəfər Gününə həsr olunmuş Hərbi Paradda Azərbaycan Ordusunun arsenalında yer alan “İldırım-8” zenit-raket kompleksi nümayiş etdirilib.
Oxu24.com xəbər verir ki, yüksək atış dəqiqliyinə və müasir idarəetmə sisteminə malik kompleks ölkəmizin hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
"Barak-8" və texniki-taktiki göstəriciləri yəhudi dilində "ildırım" mənasını verən "Barak" ZRK İsrailin "Rafael" şirkəti tərəfindən istehsal edilir.
"Zenti-raket kompleksi "Barak-1" xəttinin davamı olaraq hazırlanıb, yer və dəniz platformaları üçün iki versiyası mövcuddur.
Bu raketlərin yaradılmasını İsrail və Hindistan birgə həyata keçirib və ilk xarici istifadəçisi də məhz Hindistandır.
"Barak-8" zenti-raket kompleksinin atış mənzili 90 km, "Barak-8 ER" konfiqurasiyasınınkı isə 150 kilometrə yaxın, hədəfi məhv etmə yüksəkliyi isə 16 min metrə yaxındır.
Raketin uzunluğu 4,5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir.
Yüksək manevr qabiliyyətinə malik "Barak 8" iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə).
Zenit-raket kompleksinin istehsalçısı İsrailin "Rafael" şirkəti olsa da, kompleksin nəzarət-müşahidə radarı İsrailin əsas dövlət hərbi sənaye müəssisəsi olan "Israel Aerospace Industries (IAI)" holdinqinə daxil olan "Elta Systems" (radarları istehsal edir) tərəfindən istehsal olunur.
Bəzi sifarişlərdə kompleksə "Elta Systems" şirkətinin istehsalı olan EL/M-2080 "Gren Pine" radarı daxil edilib. "Barak-8" zenti-raket kompleksi gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur".
İstifadə edən ölkələr
Azərbaycan
İsrail
Hindistan
Venesuela
Sinqapur
Çili
Həmin silahların görüntüsünü təqdim edirik:
01:03 / 23 May 2026
207
00:16 / 23 May 2026
315
00:09 / 23 May 2026
255
00:06 / 23 May 2026
177
00:04 / 23 May 2026
123
00:00 / 23 May 2026
326
23:49 / 22 May 2026
133
23:45 / 22 May 2026
415
23:43 / 22 May 2026
259
23:38 / 22 May 2026
195
23:30 / 22 May 2026
220
23:30 / 22 May 2026
124
23:19 / 22 May 2026
143
23:18 / 22 May 2026
159
23:14 / 22 May 2026
168
23:02 / 22 May 2026
505
22:56 / 22 May 2026
115
22:56 / 22 May 2026
119
22:52 / 22 May 2026
233
22:47 / 22 May 2026
111
22:40 / 22 May 2026
269
22:34 / 22 May 2026
1072
22:16 / 22 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.