İkili vətəndaşlığı olan şəxs Azərbaycanda hərbi xidmətə çağırılır? - AÇIQLAMA
21 May 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
641
04.11.2025, 09:50
Bu gün Vətən Müharibəsi şəhidi Xalid Həsən oğlu Gözəlovun doğum günüdür.Hərbi pilot Xalid Gözəlov yaşasaydı,29 yaşını qeyd edəcəkdi.
Oxu24.com xatırladır ki, Xalid Gözəlov 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.
2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.
Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. 2-ci Fəxri Xiyabanda Polad Həşimovun dəfn edildiyi sırada dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Hazırladı:Nigarxanım


21:45 / 23 May 2026
8
21:35 / 23 May 2026
89
21:28 / 23 May 2026
36
21:13 / 23 May 2026
150
21:02 / 23 May 2026
88
20:59 / 23 May 2026
107
20:54 / 23 May 2026
143
20:39 / 23 May 2026
158
20:19 / 23 May 2026
67
19:52 / 23 May 2026
256
19:44 / 23 May 2026
276
19:32 / 23 May 2026
200
19:30 / 23 May 2026
84
19:26 / 23 May 2026
75
19:19 / 23 May 2026
82
19:02 / 23 May 2026
87
18:39 / 23 May 2026
87
18:35 / 23 May 2026
811
18:33 / 23 May 2026
97
18:27 / 23 May 2026
87
18:23 / 23 May 2026
81
18:09 / 23 May 2026
101
18:00 / 23 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.