Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
24 May 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
908
21.10.2025, 08:19
Bu gün NATO tərəfindən təltif olunan qəhrəman şəhidimiz mayor Rəhim Hüseynovun anım günüdür
Qürurla yad edirik.
Oxu24.com bildirir ki,Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub. 1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2005–2006-cı illərdə Silahlı Süvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib. Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilən və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirən Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi. O, 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində "NATO Meritorious Service" Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabit olub.
Xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edən, Azərbaycan bayrağını şərəflə daşıyan mayor Rəhim Hüseynov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 20 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəhim Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
00:05 / 25 May 2026
111
00:01 / 25 May 2026
224
00:01 / 25 May 2026
181
23:58 / 24 May 2026
167
23:36 / 24 May 2026
377
23:32 / 24 May 2026
448
23:23 / 24 May 2026
173
23:13 / 24 May 2026
218
23:13 / 24 May 2026
515
23:03 / 24 May 2026
240
22:43 / 24 May 2026
93
22:18 / 24 May 2026
104
22:04 / 24 May 2026
381
21:40 / 24 May 2026
178
21:39 / 24 May 2026
1025
21:30 / 24 May 2026
176
20:41 / 24 May 2026
137
20:19 / 24 May 2026
130
20:11 / 24 May 2026
107
19:39 / 24 May 2026
223
19:09 / 24 May 2026
414
18:55 / 24 May 2026
235
18:37 / 24 May 2026
442
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.