Bu sayt işçi AXTARIR
27 Yanvar 2026, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
1092
22.01.2020, 14:36
“Məşğulluq” altsisteminə daxil edilmiş 85 minə yaxın vakansiyadan 72300 vakansiya üzrə e-qaydada göndəriş verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a bildirilib.
Verilən məlumata görə, “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.
Ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib. Onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.
Həmçinin oxuyun
Hazırda isə həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.
İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər.
Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.
İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanıblar.
10:03 / 02 Fevral 2026
1
09:57 / 02 Fevral 2026
14
09:52 / 02 Fevral 2026
16
09:52 / 02 Fevral 2026
20
09:49 / 02 Fevral 2026
22
09:42 / 02 Fevral 2026
24
09:37 / 02 Fevral 2026
27
08:30 / 02 Fevral 2026
194
08:25 / 02 Fevral 2026
39
07:55 / 02 Fevral 2026
239
00:13 / 02 Fevral 2026
90
23:54 / 01 Fevral 2026
1818
23:52 / 01 Fevral 2026
354
23:20 / 01 Fevral 2026
213
23:06 / 01 Fevral 2026
295
21:19 / 01 Fevral 2026
496
20:51 / 01 Fevral 2026
520
20:44 / 01 Fevral 2026
668
20:40 / 01 Fevral 2026
524
20:19 / 01 Fevral 2026
603
19:59 / 01 Fevral 2026
2471
19:31 / 01 Fevral 2026
564
19:04 / 01 Fevral 2026
318
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.