Bu sayt işçi AXTARIR
27 Yanvar 2026, 13:32
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
2359
20.01.2020, 09:45
Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.
DİN mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, zərərçəkənin valideyni metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında övladının 780 manatlıq “Samsung” markalı mobil telefonunun 3 nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığını bildirib.
Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının isti izlərlə keçirdikləri tədbir nəticəsində soyğunçuluq edən şəxslər - əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onun birlikdə qeyd edilən cinayətdə iştirak edən daha iki nəfər yetkinlik yaşına çatmayan şəxs tutulub.
Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf edib. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.
Həmçinin oxuyun
Faktla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
00:13 / 02 Fevral 2026
26
23:54 / 01 Fevral 2026
535
23:52 / 01 Fevral 2026
95
23:20 / 01 Fevral 2026
118
23:06 / 01 Fevral 2026
132
21:19 / 01 Fevral 2026
296
20:51 / 01 Fevral 2026
296
20:44 / 01 Fevral 2026
466
20:40 / 01 Fevral 2026
308
20:19 / 01 Fevral 2026
454
19:59 / 01 Fevral 2026
1914
19:31 / 01 Fevral 2026
504
19:04 / 01 Fevral 2026
260
17:55 / 01 Fevral 2026
226
17:21 / 01 Fevral 2026
2404
17:19 / 01 Fevral 2026
237
17:04 / 01 Fevral 2026
216
16:49 / 01 Fevral 2026
548
16:47 / 01 Fevral 2026
140
16:26 / 01 Fevral 2026
292
16:14 / 01 Fevral 2026
238
16:06 / 01 Fevral 2026
183
15:51 / 01 Fevral 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.