Qaynar xətt:

(+99450) 247 90 86

2 yaşlı uşağı zorlayan xalqın gözü qarşısında asıldı - FOTO

2018-10/1539610291_44099139_1980524932006962_6910781019838742528_n.jpg

DÜNYA

1137

15.10.2018, 17:31

\"\" 2 yaşında uşağı zorlayıb, daha sonra öldürən Mustafa Qəmər məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.
Hadisə İraqda baş verib.Bağdad məhkəməsi 2 yaşındakı uşağı zorlayıb, qətlə yetirən Mustafa Qəmər barəsində ölüm hökmü çıxarıb. Məhkəmə hökmü çıxarılan prosesdə İraqın daxili işlər naziri Qasım Əl-Araci də iştirak edib. Məhkəmə hökmündən sonra qatillə qısa söhbət edən nazir ona bu sözləri deyib: “Hansı üzlə Allahın hüzuruna çıxacaqsan?!” Edam cəzası Bağdadın mərkəzi küçələrindən birində xalqın qarşısında həyata keçiriləcək. Qeyd edək ki, bu, 2003-cü ildən sonra ilk edam cəzası olacaq.