Qaynar xətt:

(+99450) 247 90 86

Kiçik günahlar da qeydə alınırmı? - Dini cavab

Kiçik günahlar da qeydə alınırmı? - Dini cavab

DÜNYA

2571

05.04.2018, 00:38

\"\" Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyi eşitdim: \"Kişinin fitnəsi (imtahanı) ailəsində, malında, övladında və qonşusundadır (İnsan bunlarla sınağa çəkilir). Namaz, oruc, sədəqə, yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək həmin günahların bağışlanmasına kəffarə olur\". (əl-Buxari, 525; Muslim, 144; ət-Tirmizi, 2258; İbn Məcəh, 3955).
Oxu24.com  zikr.az-a istinadən bildirir ki, Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: \"Üç insanın duası cavabsız qalmaz: Ədalətli başçının duası, iftar edənə qədər oruclunun duası, və məzlumun duası. Onun duası buludların üstünə yüksəlir, səmanın qapıları onun üçün açılır, İzzət və Cəlal sahibi Rəbb belə deyir: İzzətimə and olsun ki, sənə kömək edəcəyəm\". (ət-Tirmizi, 2526; İbn Hibban, 7387). Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə rəvayət etmişdir: \"Əgər bəndə günah üzərində davamlı ikən Uca Allahı ona onun istədiklərini verən görsən, bil ki, bu, istidracdır. Yəni, tədricən onu əzaba sürükləməkdir\". Sonra bu ayəni oxudu: \"Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar\". (əl-Ənam, 44)\". (\"Silsilətus-Sahihə\" əsəri, №: 413). İstidrac öz küfründə inadkarlıq edən kafirə aiddir.
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: \"Uca Allah buyurur: \"Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o, Mənə həmd edir\". (İmam Əhməd, 8136, 8473, 8492, 8716; \"Səhihul-Camius-Sağir\", №: 1910, 4318). Şureyh (Allah ondan razı olsun) xəbər verir ki, mən bir səhabənin (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və slləm) belə rəvayət etdiyini eşitdim: \"Uca Allah buyurur: \"Ey Adəm oğlu! Mənə doğru ayağa qalx, Mən də sənə doğru yeriyərək gəlim. Mənə doğru yeriyərək gəl, Mən də sənə doğru yüyürərək gəlim\". (İmam Əhməd, 15360, 15967, 16346; \"Səhihul-Camius-Sağir\", №: 4340; \"Silsilətul-Əhadisis-Sahihə\", №: 2287). Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, Allah Elçsi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: \"Allah məxluqatı ya­ratdığı zaman Öz yanında Ərşin üzərində yerləşən Kitabında Özünə aid be­lə yazmışdır: \"Həqiqətən də, Mənim rəhmətim qəzəbimi üstələyir!\" (əl-Bu­xari, 7404). 2. Ümumiyyətlə insanın böyük və kiçik günahları daxil olmaqla hər bir sözü və əməli mələklər tərəfindən qeydə alınır. Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ona belə tövsiyə etdiyini rəvayət etmişdir: \"Ey Aişə, kiçik  günahlara qarşı diqqətli ol! Belə günahları qeydə almaq üçün Allahın xüsusi mələkləri vardır\". (İbn Məcəh, 4243). Həmçinin Uca Allah buyurur: \"Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın\". (Qaf, 17-18).\"Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: \"Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!\" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!\" (əl-Kəhf, 49). 3. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: \"Uca Allah buyurur: \"Qu­lum günah iş görmək istəsə, o günahı edənədək bunu onun əleyhinə yaz­ma­yın. Əgər o günah etsə, ancaq onun mislində günah yazın, yox, əgər Mən­dən qorxaraq bu işdən əl çəkərsə, ona bir savab yazın. Və əgər bir yaxşı­lıq etmək istəsə və onu yerinə yetirməsə, buna  görə ona bir savab yazın, əgər onu ye­ri­nə yetirərsə, ona bunun on mislindən yeddi yüz qatınadək savab yazın\". (əl-Buxari, 7501).
Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

12:30 / 27 İyul 2026

HÜQUQ HÜQUQ

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

55

0
DYP-dən hava ilə bağlı xəbərdarlıq  

12:29 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP-dən hava ilə bağlı xəbərdarlıq  

64

0
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

12:25 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

62

0
Bakıda obyekt yanır 

12:21 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda obyekt yanır 

60

0
Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

12:15 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

66

0
Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

11:55 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

73

0
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

11:52 / 27 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

69

0
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

11:35 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

60

0
Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

11:35 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

84

0
Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

11:14 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

80

0
Dövlətin borcu 7 faiz azalıb 

11:10 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Dövlətin borcu 7 faiz azalıb 

67

0
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO 

11:06 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO 

61

0