Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur KVN-çi 37 yaşında vəfat etdi - Foto

2020/01/19/1579462556_tab.jpg

DÜNYA

1194

19.01.2020, 23:33

Rusiyanın “Pyatiqorsk Şəhər” adlı “Şən və Hazırcavablar Klubu” (“KVN”) komandasının üzvü Timur Qaydukov uzun sürən xəstəlikdən sonra vəfat edib.  
Qaydukov 37 yaşında qan xərçəngindən dünyasını dəyişib. O, 2018-ci ildən bu xəstəliklə mübarizə aparırmış.

Məlumatı “Facebook” səhifəsində mərhum “KVN”-çinin dostu David Məlikhüseynov verib.  O, dostu haqqında bunları yazıb:
“Sən hər birimizə stimul verirdin. Sənin şəxsi layihələrin sayəsində biz uğurlar qazanırdıq. Sən bizim enerji mənbəyimiz, atom stansiyamız idin”