Qaynar xətt:

(+99450) 247 90 86

Putinlə Zelenski zəngləşib bir-birini təbrik etdi

2019/12/31/1577808770_1577795334_untitled-1.jpg

DÜNYA

704

31.12.2019, 20:08

Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinin zəngləşərək bir-birini Yeni il münasibətilə təbrik ediklər.
 
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Ukrayna Prezidentinin ofisi verirb.
 
Ukrayna prezidentinin ofisinin Facebook-dakı səhifəsində qeyd olunduğu kimi, söhbət zamanı liderlər "Krımda və Rusiya ərazisində yerləşən", ukraynların, həmiçinin krımlıların sərbəst buraxılması üçün siyahılar üzərində dərhal razılığa gəlmək qərarı veriblər.
 
Eləcə də, Zelenski ilə Putin yaxın gələcəkdə bütün demarkasiya xətti boyunca Donbasda tam atəşkəs rejiminin başlanacağına ümid etdiklərini bildirıblər.
Prezidentlər Kiyevlə tanınmamış Donbass respublikaları arasında baş tutmuş məhbus mübadiləsini müzakirə edərək, qərarı alqışlayıblar. Liderlər Ukrayna ilə Rusiya arasında təbii qazın tranzitinə dair müqavilənin bağlanmasını da yüksək qiymətləndiriblər.
 
Kremldən qeyd edilib ki, danışıq Ukrayna tərəfin təşəbbüsü ilə baş tutub.