Qaynar xətt:

(+99450) 247 90 86

İsraildə seçkilərin yekun nəticələri təsdiqləndi - SİYAHI 

İsraildə seçkilərin yekun nəticələri təsdiqləndi - SİYAHI 

DÜNYA

48

04.11.2026, 19:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib. Yekun nəticələrə əsasən, 120 yerlik parlamentdə deputat mandatlarının partiyalar və siyasi bloklar arasında bölgüsü müəyyənləşib. Seçkilərdən sonra ölkədə koalisiya ilə bağlı qeyri-müəyyənlik davam edir.

Oxu24.com xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Komissiyanın açıqlamasına görə, İsrailin 26-cı parlamentinə keçirilən seçkilərin nəticələrinin təsdiqlənməsi ilə bağlı səsvermədə 15 üzv lehinə, 14 üzv bitərəf, 2 üzv isə əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyasının təsdiqi ilə rəsmiləşən nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının daxil olduğu hakimiyyət bloku parlamentdə 53 mandat qazanıb.

Baş qərargahın sabiq rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi “Yaşar” Partiyasının öncüllük etdiyi müxalifət bloku isə 48 deputatla təmsil olunacaq.

Seçkilərdə uğurlu nəticə əldə edən İsrailin ərəb vətəndaşlarını, o cümlədən fələstinliləri təmsil edən “Ortaq siyahı” və “Raam” partiyaları parlamentdə ümumilikdə 19 mandat əldə ediblər.

Partiyaların qazandığı mandatların sayı

Yekun nəticələrə əsasən, İsrail parlamentində deputat yerləri siyasi qüvvələr arasında aşağıdakı kimi bölüşdürülüb:

“Likud” – 27 mandat;

“Yaşar” – 21 mandat;

“Birlikdə” siyahısı – 12 mandat;

“Ortaq siyahı” – 11 mandat;

“Demokratlar” – 8 mandat;

“Raam” – 8 mandat;

“İsrail evimiz” – 7 mandat;

“Yəhudi gücü” – 7 mandat;

“Birləşmiş Tövrat Yəhudiliyi” – 7 mandat;

“Şas” – 6 mandat;

“Dini Sionizm” – 6 mandat.

Seçki komissiyasının sədri nəticələrə hörmət çağırış edib

Mərkəzi Seçki Komissiyasının sədri Noam Solhberq seçkilərin yekun nəticələrinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb.

“Siyasi çalxalanmalar, gözlənilməz hadisələr və kəskin fikir ayrılıqları seçkilərin nəticələrinə hörmət edilməli olduğu barədə fundamental razılaşmanı heç vaxt sarsıtmayıb”, – deyə o bildirib.

Seçkilərin rəsmi nəticələri İsrail Prezidenti İsaak Hersoqa təqdim edilib.

Prezident İsaak Hersoq siyasi qüvvələri ölkədə növbədənkənar seçkilərə yol verməməyə və siyasi dalandan çıxmaq üçün kompromis tapmağa çağırıb.

Bundan sonra Hersoq hökumətin formalaşdırılması üçün hər hansı partiyaya koalisiya qurmaq səlahiyyəti verməzdən əvvəl siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacaq.

modern.az