Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
272
21.09.2026, 22:22
100 yaşlı qadın uzun ömürlülüyün sirrini açıqlayıb.
Oxu24.com xəbər verir ki,"düşünürəm ki, şən və müsbət münasibət gənc qalmağıma kömək edir", - deyə 100 yaşlı qadın bildirib.
Qreqeri həmçinin uzunömürlülüyünün sirri kimi fiziki aktivliyi də qeyd edib. O, 2025-ci ilə qədər hər gün rəqs etdiyini və gəzdiyini qeyd edib.
Qreqer həmçinin pəhrizinə nəzarət edir və səhər geyinməkdən zövq alır. O deyir ki, bu, bütün gün ərzində əhval-ruhiyyəsini qaldırır. "İdarə edə bilmədiyim şeylər barədə stress keçirmirəm. Düşünürəm ki, hər gün yaşadığınız anlardan zövq almalı, pozitiv qalmalı və gülümsəmək üçün səbəblər tapmalısınız", - deyə o əlavə edib.
Oktyabr ayında 101 yaşı tamam olacaq. O, ən yaxın dostları ilə birlikdə ziyafət təşkil etmək istədiyini bildirib. Qreqerin bir oğlu və qızı, dörd nəvəsi və altı nəticəsi var. Qadının sözlərinə görə, o, gənc nəsillə əlaqə saxlayır, onlarla video zəng vasitəsilə söhbət edir və həmişə onların ziyarətlərini səbirsizliklə gözləyir. "Ailəmizin anası olduğum üçün çox qürur duyuram", - deyə o bildirib.
Əvvəllər 106 yaşlı Çin sakini Vanq Dinqaonun uzunömürlülüyünün sirlərini açdığı bildirilirdi. Onun sözlərinə görə, o, saat 16:00 və ya 17:00 radələrində yatır, gecə saat 1-də oyanır, səhər saat 3-də səhər yeməyi yeyir və səhər gəzintisinə çıxır.
Jalə
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.