Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
277
17.09.2026, 17:56
Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümü ilə bağlı istintaqda yeni mərhələ başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Silivri Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində hadisənin baş verdiyi dövrdə vəzifədə olan keçmiş Silivri Baş Prokuroru, keçmiş həbsxana prokuroru və Kozinoğlunun iki kamera yoldaşı olmaqla, ümumilikdə 4 şübhəli barəsində axtarış və saxlanılma qərarı verilib.
Türkiyə mətbuatının məlumatına görə, İstanbul İl Jandarm Komandanlığının əməkdaşları bu gün İstanbul və Ankarada eyni vaxtda əməliyyat keçirib. Əməliyyat nəticəsində 3 şübhəli saxlanılıb. Pepperoni pizza
Saxlanılanlar arasında istefada olan Dəniz kapitanı və Kaşif Kozinoğlunun kamera yoldaşı Hasan Ataman Yıldırım, hadisə zamanı Silivri Baş Prokuroru vəzifəsində çalışan Ali İşgören və həmin vaxt həbsxana prokuroru olan Necip Doğanın olduğu bildirilir.
Məlumata görə, Ali İşgören Kozinoğlunun ölümü ilə bağlı əvvəlki istintaqda təqibə yer olmadığı barədə qərar verib. O, daha sonra FETÖ ilə bağlı araşdırma çərçivəsində vəzifəsindən xaric edilib.
Digər saxlanılan Necip Doğanın isə hadisə zamanı həbsxana prokuroru vəzifəsində çalışdığı və hadisə yerinə baxış prosesində iştirak etdiyi bildirilir. Onun da daha sonra FETÖ ilə bağlı araşdırma çərçivəsində peşəsindən xaric edildiyi qeyd olunur.
İstintaq çərçivəsində barəsində qərar verilən digər şəxs – istefada olan Jandarma polkovniki və Kozinoğlunun kamera yoldaşı Hasan Atilla Uğurun isə Kiprdə olduğu müəyyən edilib. Onun saxlanılması üçün tədbirlərin davam etdiyi açıqlanıb.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek məsələ ilə bağlı açıqlamasında bildirib ki, illər keçməsinə baxmayaraq, şübhəli ölümlərin qaranlıqda qalmasına imkan verilməyəcək.
Nazir qeyd edib ki, Kozinoğlunun ölümünün baş verdiyi gecə yaşanan hadisələr, ölümündən sonra aparılan hüquqi prosedurlar, toplanmış sübutlar və əvvəlki istintaq prosesi yenidən, bütün detalları ilə araşdırılır.
Akın Gürlek vurğulayıb ki, məqsəd maddi həqiqətin bütün tərəfləri ilə ortaya çıxarılması, məsul şəxslərin müəyyənləşdirilməsi və ədalətin təmin edilməsidir.
Kaşif Kozinoğlu 2011-ci il noyabrın 13-də Silivri həbsxanasında vəfat edib. Onun ölümü ilə bağlı illər əvvəl aparılan araşdırmada ölüm səbəbi ürək tutması kimi müəyyən edilmişdi. Yeni istintaq isə həmin ölümün müxtəlif aspektlərinin yenidən araşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, Kaşif Kozinoğlunun adı Türkiyədə yayımlanan məşhur “Kurtlar Vadisi” serialı ilə də gündəmə gəlib. Serialda “Kaşif Kozinoğlu” obrazının real həyatda MİT əməkdaşı olan Kozinoğludan ilhamlandığı bildirilir. Onun 2011-ci ildə həbsxanada baş verən ölümü isə sonradan Türkiyə ictimaiyyətində və mediada müxtəlif müzakirələrə səbəb olub.
Hazırda aparılan yeni istintaq çərçivəsində isə Kozinoğlunun ölümünün bütün detalları, hadisədən sonra həyata keçirilən hüquqi prosedurlar və əvvəlki araşdırma yenidən nəzərdən keçirilir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.