Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
24 Oktyabr 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
877
31.08.2026, 23:10
İran Silahlı Qüvvələri hazırda ənənəvi döyüş üsullarından istifadə edir və asimmetrik taktikalara keçməyə ehtiyac görmür. Lakin zərurət yaranacağı təqdirdə münaqişənin birbaşa ABŞ ərazisinə daşına biləcəyi açıqlanıb.
Oxu24.com xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri Məhəmməd Rza Nəğdi Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib.
“Biz hazırda asimmetrik deyil, ənənəvi müharibə aparırıq”, – deyə Nəğdi qeyd edib.
Onun sözlərinə görə, İran indiyədək bütün hərbi imkanlarından tam istifadə etmədən raket və dronlar vasitəsilə öz təhlükəsizliyini təmin edə bilib.
İİKK müşaviri bununla belə, vəziyyətin dəyişə biləcəyinə işarə edib. O bildirib ki, asimmetrik müharibəyə keçid ABŞ ərazisində, o cümlədən Wall Street və Manhettendə hədəflərin vurulmasını nəzərdə tuta bilər.
“İstənilən yerdə və istənilən vaxt, indiyədək istifadə olunmamış imkanlardan yararlanaraq müharibə aparmaq mümkündür. İndiyədək buna ehtiyac olmayıb”, – deyə Nəğdi vurğulayıb.
Açıqlama ABŞ-İran münasibətlərində gərginliyin artdığı bir vaxtda səslənib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb və Tehranı görünməmiş səviyyədə təcrid etməyə çalışdıqlarını bildirib./globalinfo
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.