KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
331
17.08.2026, 09:03
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla gizli hərbi əməkdaşlığı üzə çıxıb.
Modern.az xəbər verir ki, bu detal Ermənistan tərəfinin bu ilin 28 May tarixində keçirdiyi hərbi parad zamanı diqqətdən kənarda qalan “Sepehr-110” rəqəmsal taktiki rabitə platformasını nümayiş etdirməsi ilə bağlıdır.
SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan bu platform ilk dəfə dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsinin təmin edilməsi, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsi və komanda-idarəetmə imkanlarının artırılması üçün nəzərdə tutulub.
Platformanın müxtəlif diapazonlarda işlədiyi, səs, rəqəmsal məlumat, telemetriya və görüntülərin real vaxt rejimində ötürülməsini təmin etdiyi bildirilir.
Bununla belə, təqdim olunan texniki təhlillərdə sistemin imkanları ilə bağlı bir sıra məhdudiyyətlərə diqqət çəkilir. İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən rəqəmsal komponentlərin, o cümlədən yüksək sürətli prosessorlar və siqnal emalı üçün istifadə olunan elementlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal olunur. Bu isə sistemin ekstremal şəraitdə etibarlılığı ilə bağlı suallar yarada bilər.
Digər mühüm məsələ isə müxtəlif hərbi strukturların rabitə standartlarının inteqrasiyasıdır. Təhlillərə görə, SEPAH və İran ordusunun rabitə sistemlərinin birgə istifadəsi zamanı şifrələmə açarlarının və tezlik planlarının koordinasiyası texniki çətinliklər yarada bilər.
Əslində Sepehr-110 klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, müxtəlif bölmələr arasında birləşdirilməsi və komanda-idarəetmə prosesinin təmin edilməsidir. Başqa sözlə, sistemi daha çox mobil komanda-idarəetmə və informasiya mübadiləsi platforması kimi xarakterizə etmək mümkündür.
Bu baxımdan sistemin real döyüş effektivliyi yalnız öz texniki imkanlarından deyil, onun hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən də asılıdır. Xüsusilə etibarlı uzaqmənzilli, o cümlədən peyk rabitəsi olmadan belə bir platformanın imkanlarının məhdudlaşa biləcəyi qeyd olunur.
Yəni Sepehr-110-u güclü silah deyil, bu ilk növbədə onun peyk rabitəsinin olmaması ilə bağlıdır. Sistem öz-özlüyündə hədəfi məhv edən silah deyil və əhəmiyyəti vahid komanda-idarəetmə və məlumat mübadiləsi şəbəkəsinin tərkibində ortaya çıxır.
Bununla belə, qeyd olunan fakt İrana qarşı sərt sanksiyalar və son aylda ABŞ ilə yaranana hərbi gərginlik fonunda İrəvanın Tehranla aktiv əməkdaşlıq etdiyini ortaya qoyur.
00:08 / 16 Noyabr 2026
1
23:41 / 15 Noyabr 2026
78
23:35 / 15 Noyabr 2026
80
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
291
22:43 / 15 Noyabr 2026
358
22:34 / 15 Noyabr 2026
119
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
995
21:57 / 15 Noyabr 2026
449
21:37 / 15 Noyabr 2026
1246
21:07 / 15 Noyabr 2026
1195
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.