SEPAH: 200-dən çox Amerika hərbçisi məhv edilib
26 İyul 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
79
26.07.2026, 18:54
Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 3 mini ötüb. Ölkədə tarixdə ən sürətlə yayılan epidemiyalardan biri ilə mübarizə davam edərkən, səhiyyə sistemində yeni böhran yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Sky News Konqo Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verib.
Son məlumata görə, ölkədə 3 075 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Virus indiyədək 1 354 nəfərin həyatına son qoyub, 766 xəstə isə hələ də təcrid mərkəzlərində və xəstəxanalarda müalicə alır. Yoluxmaların təxminən 90 faizi İturi əyalətinin payına düşür.
Bunia şəhərində yerləşən Elikya Ebola Müalicə Mərkəzinin həkimləri, tibb bacıları və digər əməkdaşları iki aydır ödənilməyən əməkhaqqı əlavələrinə etiraz olaraq tətilə çıxıblar. Tətil səbəbindən xəstələrin müalicəsi və yeni yoluxmaların qarşısının alınması istiqamətində işlər ciddi şəkildə çətinləşib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, mövcud epidemiya Bundibuqyo ştamı ilə bağlıdır və bu virus növünə qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə hələ mövcud deyil. Silahlı münaqişələr, əhalinin səhiyyə işçilərinə inamsızlığı və maliyyə problemləri epidemiyanın nəzarət altına alınmasını daha da çətinləşdirir.
20:15 / 26 İyul 2026
1
19:42 / 26 İyul 2026
54
19:09 / 26 İyul 2026
64
19:09 / 26 İyul 2026
72
18:53 / 26 İyul 2026
80
18:05 / 26 İyul 2026
80
13:40 / 26 İyul 2026
138
13:25 / 26 İyul 2026
125
12:55 / 26 İyul 2026
200
12:35 / 26 İyul 2026
155
12:30 / 26 İyul 2026
288
12:23 / 26 İyul 2026
1092
12:15 / 26 İyul 2026
145
12:00 / 26 İyul 2026
113
11:35 / 26 İyul 2026
761
11:30 / 26 İyul 2026
154
11:21 / 26 İyul 2026
208
11:13 / 26 İyul 2026
139
11:10 / 26 İyul 2026
103
11:05 / 26 İyul 2026
1452
10:55 / 26 İyul 2026
108
10:47 / 26 İyul 2026
957
10:40 / 26 İyul 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.