Putin vaxt qazanmaq üçün görün nə edir
26 İyul 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
191
22.07.2026, 12:48
Qumar masasında başlayan bənzərsiz bir asılılıq, bu gün hər birimizin gündəlik həyatında istifadə etdiyi qidanın yaranmasına səbəb olub. Oxu24.com xəbər verir ki, müasir fast-food və tez bazar qəlyanaltıların tacı sayılan sendviç əslində bir zadəganın qumar masasını tərk etməmək istəyindən yaranıb.
Tarixi mənbələrə və rəvayətlərə görə, hər şey 1762-ci ildə İngiltərədə başlayıb. Böyük bir qumarbaz və ingilis zadəganı olan 4-cü Sendviç qrafı Con Montaqyu (John Montagu) qumar oyunlarına həddindən artıq düşkün idi. O, qumar masasına o qədər bağlı idi ki, saatlarla, hətta günlərlə masadan qalxmaz, yemək yeməyi belə unudardı.
Lakin onun əsas problemi acıqması və qumar oynayarkən əllərinin yağlanması idi. O dövrdə xidmət edilən yağlı ət yeməkləri həm qumar masasını, həm də çox baha olan oyun kartlarını batırırdı.
Qraf oyununa ara vermədən aclığını yatırtmaq üçün yaradıcı bir xidmətçidən fərqli bir üsul tələb edir. O, xidmətçisinə mal ətini iki dilim çörəyin arasına qoyub gətirməsini əmr edir. Bu üsul sayəsində qraf bir əli ilə çörəyin arasındakı əti yeyir, digər əli ilə də kartları oynamağa davam edirdi. Əlləri yağlanmadığı üçün qiymətli kartlar da korlanmırdı.
Əlbəttə ki, əti çörəyin arasına qoyub yemək Sendviç qrafından əvvəl də mövcud idi. Lakin bu üsulu İngiltərədə və zadəganlar arasında dəbə salan, ona indiki adını verən məhz 4-cü Sendviç qrafı oldu.
Qrafın bu rahat üsulla yemək yediyini görən klubun digər müştəriləri və zadəganlar da xidmətçilərdən "Sendviçə veriləndən" (yani qraf Sendviçin yediyindən) istəməyə başladılar. Qısa müddət ərzində bu sadə yemək üsulu bütün ölkəyə, daha sonra isə dünyaya yayıldı.
Beləliklə, bir zadəganın qumar asılılığı və pis vərdişi onun adını əbədiləşdirdi və bu gün hər kəsin bildiyi "sendviç" anlayışını kulinariya dünyasına bəxş etdi.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.