Putin vaxt qazanmaq üçün görün nə edir
26 İyul 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1717
18.07.2026, 09:58
Ukrayna Rusiyanın müxtəlif bölgələrinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Oxu24.com Modern.az-a istinadla xəbər verir ki, Tambov vilayətinin Kotovsk şəhərində yerləşən logistika mərkəzinə PUA zərbəsi endirilib. Vilayət qubernatoru Yevgeni Pervışovun məlumatına görə, hadisə zamanı gecə növbəsində çalışan 7 nəfər həlak olub.
İlkin məlumata əsasən, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 23-ü Kotovsk, Tambov və vilayət xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti son dərəcə ağır, 6 nəfərin vəziyyəti ağır, 16 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Əksər yaralanmaların qəlpə xəsarətləri olduğu qeyd edilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, FHN əməkdaşları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Logistika mərkəzində baş verən yanğın söndürülsə də, ərazidə təhlükəsizlik tədbirləri davam etdirilir.
Eyni zamanda, Moskva vilayəti də PUA hücumlarına məruz qalıb. Vilayət qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücumlar nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb.
Yaralılardan 24 nəfəri Elektrostal şəhərindəki anbar kompleksində qeydə alınıb. Daha iki nəfər isə Noqinskdə yardım alıb. Burada PUA-nın düşməsi nəticəsində neft bazasında yanğın baş verib.
Hadisə ilə əlaqədar neft bazasının yaxınlığında yerləşən doğum evi təxliyə olunub. Pasiyentlər və tibb personalı digər xəstəxanalara köçürülüb. Xüsusi tibbi yardıma ehtiyacı olan qadınlar Noqinsk, Balaşixa və Şolkovo şəhərlərindəki tibb müəssisələrinə yerləşdirilib. Bundan əlavə, yaxınlıqdakı çoxmənzilli yaşayış binasının sakinləri də təxliyə edilib.
12:55 / 26 İyul 2026
21
12:35 / 26 İyul 2026
25
12:30 / 26 İyul 2026
85
12:23 / 26 İyul 2026
383
12:15 / 26 İyul 2026
59
12:00 / 26 İyul 2026
58
11:35 / 26 İyul 2026
397
11:30 / 26 İyul 2026
74
11:21 / 26 İyul 2026
133
11:13 / 26 İyul 2026
79
11:10 / 26 İyul 2026
68
11:05 / 26 İyul 2026
728
10:55 / 26 İyul 2026
74
10:47 / 26 İyul 2026
540
10:40 / 26 İyul 2026
68
09:50 / 26 İyul 2026
79
09:44 / 26 İyul 2026
685
09:43 / 26 İyul 2026
80
00:24 / 26 İyul 2026
152
23:29 / 25 İyul 2026
97
22:59 / 25 İyul 2026
153
22:45 / 25 İyul 2026
1008
22:39 / 25 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.