Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğandan ŞOK AÇIQLAMA - Türkiyədə nə baş verir?  

Ərdoğandan ŞOK AÇIQLAMA - Türkiyədə nə baş verir?  

DÜNYA

71

16.05.2026, 21:32

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində dövlətin gələcək inkişafı üçün yeni Əsas Qanunun qəbul edilməsinin vacibliyini xüsusi vurğulayıb. Türkiyə lideri ölkənin hüquqi sistemində köklü dəyişikliklərin vaxtının çatdığını bildirib.

 Oxu24.com xəbər verir ki, Ərdoğan 1982-ci ildə qəbul edilmiş hazırkı konstitusiyanın köhnəldiyini və indiyə qədər edilən çoxsaylı düzəlişlərə baxmayaraq, müasir reallıqlara cavab vermədiyini qeyd edib. Prezident mövzu ilə bağlı danışarkən, "Yeni konstitusiya artıq bir lüks deyil, tələbatdır, hətta zərurətdir" deyə vurğulayıb.

Türkiyə dövlət başçısı layihə ilə bağlı hazırlıq mərhələsinin artıq başa çatdığını və cəmiyyətin əsas tələblərinin tam müəyyənləşdirildiyini diqqətə çatdırıb. Yaxın gələcəkdə yeni Əsas Qanun layihəsinin geniş müzakirəyə çıxarılması gözlənilir.NOCOMMENT.az