Qaynar xətt:

(+99450) 247 90 86

Qızıl mədəni çökdü, 15 nəfər öldü 

Qızıl mədəni çökdü, 15 nəfər öldü 

DÜNYA

178

09.05.2026, 00:30

Keniyanın şimal-qərbində lisenziyasız fəaliyyət göstərən qızıl hasilatı mədəninin çökməsi nəticəsində azı 15 nəfər ölüb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilir ki, ölənlər arasında 10 qadın var.

Dağıntılar altından 12 nəfər sağ qalıb, onlar hazırda xəstəxanadadır.

Xilasetmə işləri davam edir, digər işçilərin axtarışı aparılır. Keniya Qızıl Xaç Cəmiyyətindən qurbanların sayının arta biləcəyini istisna etməyiblər.

Hadisə ölkənin paytaxtı Nayrobidən 400 km şimal-qərbdə yerləşən Rumos-Hillz ərazisində baş verib. İlkin məlumata görə, qəzaya səbəb iri daşın düşməsindən sonra mədən divarlarının çökməsi olub.Modern.az