Rusiya və Ukrayna arasında üç günlük atəşkəs elan olundu
08 May 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
193
08.05.2026, 22:28
Rusiya Prezidenti Vladimir Putinin Saxalinə körpü tikintisi ilə bağlı qərarı təkcə strateji deyil, həm də tarixi addım kimi qiymətləndirilir.
Oxu24.com xəbər verir ki, bu barədə Çinin “Sohu” nəşri yazıb.
Məlumata görə, Saxalin adasını materiklə birləşdirmək ideyası ilk dəfə 1950-ci ildə İosif Stalinin təşəbbüsü ilə gündəmə gəlib. Lakin Stalinin ölümündən sonra layihə uzun illər dondurulub.
Rusiyada məsələ 2007-ci ildən yenidən müzakirə olunsa da, yüksək maliyyə və uzunmüddətli geri dönüş səbəbindən layihənin icrası daim təxirə salınıb. Ancaq Qərblə münasibətlərin pisləşməsi və sanksiyalar fonunda Kreml Uzaq Şərq və Asiya-Sakit okean regionunun inkişafına xüsusi diqqət ayırmağa başlayıb.
Analitiklərin fikrincə, körpü və ya tunel layihəsi həyata keçərsə, Saxalin vahid nəqliyyat sisteminə inteqrasiya olunacaq, neft, qaz və kömür ixracı daha da sürətlənəcək. Bununla yanaşı, regionun logistika və sənaye imkanları da genişlənəcək.
Həmçinin oxuyun
Bununla belə, layihənin reallaşmasına mane olan ciddi problemlər qalır. Əsas çətinliklərdən biri regionun yüksək seysmik aktivliyidir. Saxalin tektonik plitələrin qovşağında yerləşdiyi üçün burada tez-tez güclü zəlzələlər baş verir. Bu isə xüsusi mühəndis həlləri tələb edir və layihənin dəyərini artırır.
Digər problem isə infrastruktur çatışmazlığıdır. Körpünün effektiv işləməsi üçün yüzlərlə kilometr avtomobil və dəmir yolu xətlərinin çəkilməsi lazımdır. Bundan başqa, Nevelsk boğazında sərt iqlim, güclü axınlar, qalın buz layları və sıx duman da tikintini xeyli çətinləşdirir.
Ekspertlər bildirirlər ki, Saxalinin əhalisinin az olması və yük daşımalarının həcminin hələlik kifayət qədər böyük olmaması layihənin iqtisadi səmərəliliyini sual altına qoyur.
Ekspert Valentin Boqomolovun sözlərinə görə, körpünün və əlaqəli infrastrukturun tikintisi 1 trilyon rubldan (təxminən 22 milyard 927 milyon Azərbaycan manatı) baha başa gələ bilər. Buna baxmayaraq, bəzi analitiklər hesab edir ki, layihə uzunmüddətli perspektivdə Rusiyaya böyük strateji üstünlüklər qazandıracaq./publika.az
23:40 / 08 May 2026
7
23:25 / 08 May 2026
48
23:17 / 08 May 2026
118
22:47 / 08 May 2026
152
22:38 / 08 May 2026
49
22:14 / 08 May 2026
79
22:13 / 08 May 2026
48
22:06 / 08 May 2026
52
21:59 / 08 May 2026
50
21:48 / 08 May 2026
985
21:39 / 08 May 2026
208
21:29 / 08 May 2026
78
21:10 / 08 May 2026
176
20:52 / 08 May 2026
251
20:48 / 08 May 2026
115
20:36 / 08 May 2026
71
20:18 / 08 May 2026
81
20:07 / 08 May 2026
83
19:48 / 08 May 2026
79
19:39 / 08 May 2026
148
19:29 / 08 May 2026
105
19:16 / 08 May 2026
111
19:05 / 08 May 2026
266
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.