Təyyarədə qorxu dolu anlar: Sərnişinlər kabus yaşadı
10 İyul 2026, 15:29
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1443
13.04.2026, 23:19
Viktor Orbanın siyasi taleyi ilə bağlı yaranan yeni vəziyyət Azərbaycan ictimaiyyətində də geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Ramil Səfərovun 2012-ci ildə Azərbaycana ekstradisiyasına dəstək verməsi ilə yadda qalan Macarıstan liderinin hakimiyyətdən getməsi fonunda müxtəlif versiyalar, təhlillər və yanaşmalar ortaya çıxır. Bu mövzuda Azərbaycanın tanınmış politoloqu Əziz Əlibəylinin qeydləri xüsusi diqqət çəkir. Analitik daha çox Viktor Orbanın Azərbaycan və ümumilikdə Türk dünyasına yaxın siyasətini vurğulayır və bu xəttin gələcəkdə davam edib-etməyəcəyinin sual altında olduğunu qeyd edir.
Aşağıda Əziz Əlibəylinin həmin qeydlərini olduğu kimi təqdim edirik:
Ramil Səfərovu qaytarmaqla Azərbaycan xalqına böyük qalibiyyət yaşadan Viktor Orban
Ramil Səfərovun məhkəmə prosesi Azərbaycanda ilin hadisəsinə çevrilir və sonrakı 8 il ərzində daim gündəmdə qalır.
Ramil Səfərovun məhkəmədə türk dilində etdiyi çıxışa uzun illərdən sonra təkrar baxdıqdan sonra onu daha yaxşı anlamaq mümkündür: “Mənim ölkəmin torpaqları bu gün də ermənilərin işğalı altındadır. Mənim ailəm qaçqın düşdü, əqrabalarım öldürüldü, təhqir edildim, bayrağımızla “dalğa” keçildi. Özünüzü bir an da olsa, mənim yerimə qoymağınızı rica edirəm”.
Şübhəsiz ki, vətən müharibəsini yaşamış toplumun həmin günlərə dönüb Səfərov keysinə qalib baxışı ilə yanaşması olduqca realdır. Lakin bu, o hadisə idi ki, Mübariz İbrahimov şəhadəti ilə Ramil Səfərovun simasında məğlubiyyətə qarşı üsyan bayrağı dalğalanmış, bütöv bir gənc nəsli vətən sevgisi ilə süsləmiş, aprel döyüşləri və Vətən müharibəsinin hekayələri üçün patriot zəmin hazırlamışdı.
Avqust 2012 - Macarıstan Ədliyyə Nazirliyi ekstradisiya qərarını verdi
Macarıstan hökuməti bu ekstradisiyanı 1983-cü il Strazburq Konvensiyasına — “Məhkumların Mübadiləsi haqqında” Avropa Şurası sənədinə əsaslandırdı.
Və əlbəttə ki, o dövrdə Macarıstanın baş naziri, Azərbaycanın əsl dostu Viktor Orban idi.
Viktor Orban: AB və NATO üzvü bir ölkənin baş naziri olaraq eyni zamanda Türk dünyasının ən önəmli müdafiəçisi olan Avropa liderinin titulunu daşıyırdı.
Viktor Orban – hakimiyyətdə olduğu dövrü bizim üçün dostanə akkordlarla yadda qalan Avropanın peşəkar siyasi liderlərindən biri idi.
Səfərovun azad edilməsi insan azadlığı idi
İnsan azadlığı torpağın azadlığı idi
Torpaqların azadlığı vətən müharibəsinin nəticəsində baş verdi.
Səfərov keysi Orbanın dostluğuna vəsilə oldu.
Orban Macarıstanı, Macarıstan Atillanı və Türk Dünyasını doğurdu.
Və bütün bunlar Prezident Əliyev imzasının təntənəsi idi.
ANS kanalının efirlərində Ramil Səfərovun müttəhim kimi son çıxışını verirlər.
2006-cı ildən 20 il ötüb, bir maraqlı vətəndaş kimi çox istərdim ki, polkovnik Səfərov həmin çıxışın simulyasiyasını təkrar canlandıra, tarixi hadisələri təkrar saya və Zəfərimizin bizə qazandırdıqlarını həyatında yaşayan biri kimi, necə dəyişdiyini əyani şəkildə anlada – Amma bu dəfə bir qalib əsgər kimi…
Səfərovun hakimdən ədalət dilədiyi çıxışın o hissəsi necə də düz çıxdı - Hakim Allah ədalət isə onun lütfü imiş.
Beləliklə, Viktor Orbanın siyasi səhnədən getməsi fonunda əsas sual açıq qalır: Macarıstanın yeni rəhbərliyi bu kursu davam etdirəcəkmi? Bizə görə bu məsələ təkcə Budapeştin deyil, həm də Türk dünyası ilə münasibətlərin gələcək trayektoriyası baxımından mühüm əhəmiyyət daşıyır.
16:29 / 10 İyul 2026
1
16:25 / 10 İyul 2026
4
16:23 / 10 İyul 2026
14
16:19 / 10 İyul 2026
22
16:15 / 10 İyul 2026
27
16:10 / 10 İyul 2026
32
16:07 / 10 İyul 2026
32
15:54 / 10 İyul 2026
55
15:41 / 10 İyul 2026
55
15:32 / 10 İyul 2026
54
15:29 / 10 İyul 2026
60
15:26 / 10 İyul 2026
61
15:24 / 10 İyul 2026
60
15:15 / 10 İyul 2026
61
14:53 / 10 İyul 2026
68
14:49 / 10 İyul 2026
75
14:35 / 10 İyul 2026
75
14:30 / 10 İyul 2026
74
14:26 / 10 İyul 2026
72
14:18 / 10 İyul 2026
74
13:53 / 10 İyul 2026
73
13:52 / 10 İyul 2026
83
13:50 / 10 İyul 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.