Qaynar xətt:

(+99450) 247 90 86

Tehrandan Əbu-Dabiyə sərt cavab – Bir həftə vaxt verildi 

Tehrandan Əbu-Dabiyə sərt cavab – Bir həftə vaxt verildi 

DÜNYA

202

30.03.2026, 19:45

İran məhkəmə sistemi ölkədə yaşayan 1200 Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) vətəndaşının yaşayış icazəsini (VNJ) ləğv edib və onlara ölkəni tərk etmək üçün cəmi bir həftə vaxt tanıyıb.

Oxu24.com xəbər verir ki, Tehranın bu addımı "qana qan, gözə göz" prinsipi ilə atılıb və BƏƏ hakimiyyətinin bir neçə gün əvvəl İran vətəndaşlarına qarşı tətbiq etdiyi analoji qərara rəsmi cavabdır.

 

Məlumata görə, BƏƏ rəhbərliyi heç bir xəbərdarlıq etmədən iranlıların yaşayış vizalarını, o cümlədən investorlar üçün nəzərdə tutulan 10 illik "qızıl vizaları" ləğv edib ki, bu da minlərlə iranlının xaricdə çarəsiz qalmasına və ölkəyə qayıda bilməməsinə səbəb olub. Bundan əlavə, BƏƏ-də fəaliyyət göstərən İran xəstəxanası, İran məktəbləri və digər mədəniyyət mərkəzlərinin fəaliyyəti dayandırılıb, işçilər isə binalardan çıxarılıb.

 

Rəsmi Tehran bildirib ki, BƏƏ-nin bu qeyri-dost addımları cavabsız qalmayacaq və İrandakı Əmirlik vətəndaşları qısa müddətdə ölkəni tərk etməlidirlər.

 

Qeyd edilir ki, iki ölkə arasındakı bu gərginlik fevralın sonunda İranın regiondakı strateji obyektlərə, o cümlədən BƏƏ-yə endirdiyi raket zərbələrindən sonra pik həddə çatıb. Hazırda bu diplomatik böhran minlərlə mülki şəxsin həyatına təsir edir və regionda "vizalar müharibəsi"nin başladığını göstərir./musavat.com