İranda universitet vuruldu, yaralanan var
30 Mart 2026, 01:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
121
29.03.2026, 23:15
"Qarabağ" futbol klubunun tanınmış azarkeşi və sosial şəbəkə fəalı Zəfər Hacılı vəfat edib. O, ölümündən cəmi üç gün əvvəl sosial şəbəkə hesabında səhhətinin ağır olması ilə bağlı paylaşım edib.
Həmin paylaşımda Z.Hacılı bildirib ki, nəfəs darlığı, boğulma və güclü öskürək səbəbi ilə təcili tibbi yardıma müraciət edib. Vəziyyətinin ağır olduğunu, normal nəfəs ala bilmədiyini qeyd edib.
Yazdığına görə, təcili tibbi yardım gəlib, saturasiyanı ölçüblər və çox aşağı çıxıb. Lakin xəstəxanaya aparmayıblar. Ona bildirilib ki, qızdırma yüksək deyilsə, xəstəxana onu qəbul etməyəcək və geri qaytaracaq.
Paylaşımında bu məsələ ilə bağlı ciddi araşdırma tələb etdiyini vurğulayıb
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən cavab verilib:
"İlkin araşdırmanın nəticəsi olaraq bildiririk ki, 25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib.
Həmçinin oxuyun
Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoe xarakterli) olduğu müəyyən edilib.
Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib.
Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib.
Əlavə olaraq bildiririk ki, Zəfər Hacılı ilə bağlı növbəti çağırış 3 gün sonra - 28.03.2026-cı il tarixində saat 12:21-də vəfat etməsi ilə bağlı daxil olub. Ünvana təcili tibbi yardım briqadası cəlb olunub və ölüm halı təsdiqlənib.
Ətraflı araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir.ölkə.az
01:28 / 30 Mart 2026
1
01:10 / 30 Mart 2026
65
00:47 / 30 Mart 2026
71
00:30 / 30 Mart 2026
140
00:17 / 30 Mart 2026
168
00:13 / 30 Mart 2026
180
23:57 / 29 Mart 2026
140
23:47 / 29 Mart 2026
149
23:34 / 29 Mart 2026
184
22:53 / 29 Mart 2026
136
22:42 / 29 Mart 2026
95
22:11 / 29 Mart 2026
113
21:59 / 29 Mart 2026
90
21:37 / 29 Mart 2026
135
21:26 / 29 Mart 2026
243
21:09 / 29 Mart 2026
273
20:52 / 29 Mart 2026
245
20:42 / 29 Mart 2026
219
20:23 / 29 Mart 2026
146
20:09 / 29 Mart 2026
154
19:53 / 29 Mart 2026
86
19:40 / 29 Mart 2026
567
19:28 / 29 Mart 2026
175
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.