Qaynar xətt:

(+99450) 247 90 86

Güləşçilərimiz Türkiyədə 20 medal qazandılar

2018-04/1522602415_gules.jpeg

DÜNYA

2083

01.04.2018, 21:07

\"\" Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilib.
“Oxu24.com xəbər verir ki, ilk iki yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Üçüncü yarış günündə yunan-Roma güləşçilərimizdən Həzrət Cəfərov və Röyal Mirzəliyev (hər ikisi 51 kq), qadın güləşçilərdən Jalə Əliyeva (61 kq), sərbəst güləşçilərdən isə İslam Abuyev (110 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Həzrət Cəfərov (51 kq) və Jalə Əliyeva (61 kq) final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalına yiyələnib. Röyal Mirzəliyev (51 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətlənib. Daha 4 güləşçimiz isə bürünc medal qazanıb. Qadın güləşçilərdən Ayşən Yusifova (46 kq) və Elnur Məmmədova (61 kq), sərbəst güləşçilərdən Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) fərqlənib. Beləliklə, son yarış günündə yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.   Qadın güləşi FİNAL 61 kq - Nesrin Baş (TUR) - Jalə Əliyeva 1:3 Bürünc medal görüşü 46 kq - Ayşən Yusifova - Esma Akkaya (TUR) 3:1 61 kq - Elnurə Məmmədova - Cristina Ungureanu (ROU) 3:1 Təsəlliverici görüş 61 kq - Elnurə Məmmədova - Zhana Novakova (BUL)   Yunan-Roma güləşi FİNAL 51 kq - Həzrət Cəfərov - Röyal Mirzəliyev 3:1   Sərbəst güləş FİNAL 110 kq - İslam Abuyev - Solomon Manaşvili (GEO) 1:3 Bürünc medal görüşü 51 kq - Ali Zor (TUR) - Riyad Aslanov 1:3 60 kq - Mustafa Eren İlhan (TUR) - Sabir Cəfərov 1:3