Qaynar xətt:

(+99450) 247 90 86

Polşa vətəndaşlara müharibə XƏBƏRDARLIĞI ETDİ

news/2026_01_12/poi_1768234187.webp

DÜNYA

88

12.01.2026, 20:10

Polşa Milli Müdafiə Nazirliyi vətəndaşlara müharibə və ya böhran vəziyyətlərinə hazırlıq üçün “Təhlükəsizlik Bələdçisi” adlı dörd milyon nüsxə broşüranı poçt vasitəsilə çatdırıb.

Oxu24.com  xəbər verir ki,bu barədə Müdafiə nazirinin müavini Sezari Tomçik Polsat televiziyasına açıqlama verib.

Tomçik bildirib ki, “Milli Müdafiə Naziri və Daxili İşlər Naziri tərəfindən nəşr olunan broşüranın dörd milyon nüsxəsi artıq vətəndaşların poçt qutularına çatdırılıb. Sakinlərdən poçt qutularını yoxlamalarını və vacib məlumatlarla tanış olmalarını xahiş edirik”.

Onun sözlərinə görə, hər bir Polşa ailəsinə çatmasını təmin etmək üçün ümumilikdə 13 milyon nüsxənin çap edilməsi planlaşdırılır. Broşürlər həmçinin onlayn olaraq da əlçatandır.

“Təhlükəsizlik Bələdçisi”ndə ərzaq ehtiyatlarının yığılması, təxliyə marşrutları, yaxınlıqdakı sığınacaqların yerləri və həyəcan siqnalı cədvəlləri barədə təlimatlar yer alır. Bundan əlavə, broşürlərdə kiberhücumlar, təbii fəlakətlər və həyati infrastrukturun zədələnməsi zamanı davranış qaydaları barədə məsləhətlər də təqdim olunub.Ajans.az