Qaynar xətt:

(+99450) 247 90 86

SEPAH Mossad agentini ələ keçirdi 

news/2026_01_10/1768068659_iran_israil_1768074977.jpg

DÜNYA

166

10.01.2026, 23:47

İranda Mossad agenti həbs edilib.

Oxu24.com  "Tasnim"ə istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyatı "Mossad adından İranda fəaliyyət göstərən" əcnəbinin həbs olunduğunu açıqlayıb.

Məlumata görə, saxlanılan şəxs ölkədə gizli fəaliyyət göstərirmiş və kəşfiyyat məlumatları toplayırmış. Axtarışlar zamanı onun fəaliyyətini təsdiqləyən sənədlər müsadirə edilib.

Xatırladaq ki, bu gün səhər İran haker qrupu Handala Mossadla əlaqəli olduğu iddia edilən 600 şəxsin şəxsiyyətini ifşa etdiyini açıqlamışdı.