Qaynar xətt:

(+99450) 247 90 86

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

DÜNYA

1256

01.04.2018, 18:35

\"\"  Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.
Oxu24.com “Sabah”a istinadən xəbər verir ki, bu barədə “Popstar 2018” verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb. O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib:
““Diva”nın “Popstar 2018”in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq”. Qeyd edək ki, B.Ərsoyun yerləşdirildiyi palatanın olduğu mərtəbədə bütün otaqlar boşaldılıb və xəstələr digər mərtəbələrə köçürülüblər.