Ukrayna 2000 km-ə qədər mənzilli raketi sınaqdan keçirəcək
18 May 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
552
10.12.2025, 15:34
Bu il müttəfiqləri tərəfindən Ukraynaya göstərilən yardımın məbləği Rusiyanın 2022-ci ildə ölkəyə tammiqyaslı hərbi müdaxiləsindən bəri ən aşağı məbləğ ola bilər. Üstəlik, Avropadan gələn hərbi yardım ABŞ-ın dəstəyinin azalmasının yaratdığı çatışmazlığı kompensasiya etməyəcək.
Oxu24.com xəbər verir ki,bu barədə Kiel Dünya İqtisadiyyatı İnstitutu (IfW) tərəfindən 10 dekabr çərşənbə günü Ukraynaya Dəstək İzləyicisi layihəsi çərçivəsində dərc edilib.
Kiyev 2022-ci ildən 2024-cü ilə qədər ABŞ, Avropa ölkələri və digər ölkələr də daxil olmaqla bütün yardım ölkələrindən ildə təxminən 41,6 milyard avro alsa da, bu rəqəm 2025-ci ilin oktyabr ayına olan məlumata görə 32,5 milyard avro təşkil edəcək.
Buna görə də, ekspertlər bildirirlər ki, əvvəlki illərin yardım səviyyəsinə çatmaq üçün Kiyev ilin sonuna qədər əlavə 9,1 milyard avro almalıdır. Buna nail olmaq üçün noyabr və dekabr aylarında aylıq gəlirlər əvvəlki iki ayın göstəricisindən ikiqat çox olmalıdır.
"Oktyabr ayı etibarilə mövcud olan məlumatlara əsasən, Avropanın 2025-ci ilin birinci yarısındakı tempi qoruyub saxlaya bilmədiyi görünür", - deyə Ukrayna Dəstək İzləyicisi layihəsinin rəhbəri Kristof Trebeş qeyd edir. "[Yardımın təmin edilməsindəki yavaşlama - red.] nəzərə alınmaqla, Avropa 2025-ci ildə ABŞ-ın hərbi yardımının olmamasını tam kompensasiya etməkdə çətinlik çəkəcək. Bu yavaş temp davam edərsə, 2025-ci ildə Ukraynaya yardım axını 2022-ci ildə Rusiyanın işğalından bəri ən aşağı səviyyədə olacaq."
Hesabata görə, müxtəlif Avropa ölkələrindən Ukraynaya dəstəyin miqyası çox qeyri-bərabər olub. Məsələn, Almaniya, Fransa və Birləşmiş Krallıq 2022-2024-cü illər ilə müqayisədə yardımlarını əhəmiyyətli dərəcədə artırıblar. Xüsusilə Almaniya Ukraynaya orta aylıq ödənişlərini təxminən üç dəfə, Fransa və Birləşmiş Krallıq isə ikiqat artırıb.
Lakin, IfW-nin mətbuat açıqlamasına görə, 2021-ci il ÜDM-lərinə nisbətən bu ölkələr hələ də Skandinaviya ölkələri və Finlandiya tərəfindən Ukraynaya göstərilən yardım səviyyəsinə çatmayıblar. Bu arada, İspaniya və İtaliya 2025-ci ildə Ukraynaya yardımlarını ümumiyyətlə artırmayıblar. İtaliya hətta 2022-2024-cü illər ilə müqayisədə töhfəsini 15% azaldıb.
Nigarxanım
20:31 / 18 May 2026
9
20:20 / 18 May 2026
24
20:10 / 18 May 2026
41
20:05 / 18 May 2026
38
19:59 / 18 May 2026
43
19:54 / 18 May 2026
46
19:43 / 18 May 2026
101
19:41 / 18 May 2026
56
19:39 / 18 May 2026
51
19:21 / 18 May 2026
257
19:18 / 18 May 2026
58
19:15 / 18 May 2026
75
19:12 / 18 May 2026
137
19:05 / 18 May 2026
432
18:59 / 18 May 2026
216
18:55 / 18 May 2026
75
18:12 / 18 May 2026
120
18:03 / 18 May 2026
443
18:02 / 18 May 2026
108
18:00 / 18 May 2026
76
17:53 / 18 May 2026
154
17:49 / 18 May 2026
76
17:44 / 18 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.