Toy karvanındakı qəzada 3 nəfər öldü - Foto
31 Yanvar 2026, 09:17
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1668
08.12.2025, 15:20
Xəbər verdiyimiz kimi,Fransa Prezidenti Emmanuel Makron Ukrayna prezidentinin Volodimir Zelenski ilə telefon danışığı olub.
Bu,telefon danışığı nələri həll edə bilər? Müharibənin gedişində üstünlük kimin tərəfinə keçə bilər?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Ukrayna lideri Volodimir Zelenski ilə son telefon danışığı və əldə olunan razılaşmalar əslində, Parisin artıq uzun müddətdir ki, region siyasətində atdığı yeni və daha sərt tonlu addımların davamıdır:
“Hazırda Fransanın artıq Ukrayna məsələsində əvvəlki “ehtiyyatlı diplomatiya” xəttindən uzaqlaşdığı və daha aktiv, hətta bəzən riskli görünən mövqeyə keçdiyi müşahidə olunmaqdadır. Bu dəyişiklik Avropanın təhlükəsizlik arxitekturasında yeni reallıqların ortaya çıxdığını və ya yeni reallıqları formalaşdırmaqla bağlı cəhdlərin edildiyini göstərir.
Son aylarda Makronun ritorikası və qərarları onu göstərir ki, Fransa Ukraynanın taleyinin yalnız Kiyev və Moskva arasında müəyyənləşdirilməsinə qarşıdır. Paris açıq şəkildə bildirir ki, Ukraynanın gələcəyi ukraynalıların iştirakı olmadan müzakirə edilə bilməz və hərbi-siyasi dəstək bu mövqenin əsas dayağıdır.
Bu isə regionda güc balansına ciddi təsir edir: Avropa artıq ABŞ-dən asılı bir oyunçu kimi deyil, öz təşəbbüsləri və mexanizmləri olan müstəqil aktor kimi görünməyə çalışır. Şərqi Avropada Rusiyanın ənənəvi təsir sahəsinə təzyiq artır, Qərbin isə birlik görüntüsü daha da güclənir.
Makronun Zelenski ilə müzakirə etdiyi “əlavə addımlar” məsələsinə gəldikdə isə, burada söhbət sırf diplomatik jestlərdən getmir. Fransa və ümumilikdə Qərb ölkələri Ukraynaya yeni hərbi paketlər, modern hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatlarının paylaşılması kimi praktiki dəstəkləri nəzərdə tutur”.
Müsahib onu da qeyd edib ki, bundan başqa, post-müharibə mərhələsi üçün çoxmillətli təhlükəsizlik qüvvəsinin yaradılması ideyası da ciddi şəkildə müzakirə olunur:
Həmçinin oxuyun
“Bu, Ukraynanın uzunmüddətli sabitliyini təmin etməyə yönəlmiş daha strateji yanaşmadır və Paris bu prosesdə aparıcı rol oynamağa çalışır.
Amma bu aktivlik Rusiyanın reaksiyasız qala biləcəyi bir məsələ deyil. Moskva üçün Qərbin Ukraynaya hərbi və siyasi dəstəyi çox vaxt “münaqişədə birbaşa iştirak” kimi təqdim olunur. Xüsusilə Ukraynaya təhlükəsizlik zəmanəti fonunda ayrı-ayrı ölkələrin hərbi qüvvələrinin Ukraynaya ərazisinə yerləşdirilməsi ideyası Kremlin maraqlarına toxunur və Rusiya bunu asanlıqla təxribat kimi qələmə verə bilər.
Bu baxımdan Fransa-Ukrayna yaxınlaşması həm diplomatik meydanda, həm də informasiya müharibəsi fonunda gərginliyi artıra bilər.
Ümumiləşdirərək qeyd edə bilərik ki, Makron-Zelenski telefon danışığı sadəcə protokol xarakterli əlaqə deyil, bölgədə dəyişən geosiyasi dinamikaların göstəricisidir. Fransa öz rolunu genişləndirməklə həm Avropanın təhlükəsizlik sistemini yenidən qurmağa çalışır, həm də Ukraynanın müharibədən çıxış yolunu real alətlərlə dəstəkləmək istəyir. Bu isə qarşıdakı aylarda həm Qərb daxilində, həm də Rusiya ilə münasibətlərdə yeni mərhələnin başlayacağını xəbər verir”.
Çimnaz Telmanqızı
11:02 / 31 Yanvar 2026
22
11:00 / 31 Yanvar 2026
25
10:49 / 31 Yanvar 2026
69
10:40 / 31 Yanvar 2026
55
10:31 / 31 Yanvar 2026
203
10:19 / 31 Yanvar 2026
595
09:37 / 31 Yanvar 2026
58
09:23 / 31 Yanvar 2026
155
09:19 / 31 Yanvar 2026
125
09:17 / 31 Yanvar 2026
132
09:07 / 31 Yanvar 2026
81
02:09 / 31 Yanvar 2026
217
01:11 / 31 Yanvar 2026
1000
01:00 / 31 Yanvar 2026
219
00:45 / 31 Yanvar 2026
122
00:34 / 31 Yanvar 2026
265
00:31 / 31 Yanvar 2026
1114
00:27 / 31 Yanvar 2026
118
00:22 / 31 Yanvar 2026
152
00:18 / 31 Yanvar 2026
255
00:11 / 31 Yanvar 2026
123
00:03 / 31 Yanvar 2026
210
23:56 / 30 Yanvar 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.