17 il xidmət etmiş nüfuzlu general indi maşın yuyur
15 Noyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
734
22.11.2025, 16:21
Trampın planı Aİ-nin Rusiya aktivləri hesabına Kiyevə kredit ayırmasını sual altına qoyub
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə irəli sürdüyü sülh planı, Avropa İttifaqının dondurulmuş Rusiya aktivləri hesabına Kiyevə kredit ayırmaq planını təhlükə altına salıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan bu barədə Oxu24.com-a açıqlamasında bildirib:
“Ukrayna üçün maliyyə dəstəyinin göstərilməsi üçün ABŞ-nin maneə yaratması Avropa İttifaqının bəhanəsidir. Çünki ABŞ-ı ilə Ukrayna məsələsində siyasi ziddiyyət mövcuddur. Ukrayna mövzusunda Avropa ilə ABŞ-nin planları müxtəlif olduğu üçün real dəstəyin göstərilməsi məsələsində də ikitirəlik nəzərə çarpır. Ukraynaya maliyyə dəstəyi göstərmək üçün Rusiya aktivləri məsələsi maneə sayıla bilməz. Alternativ layihələr və planlar mövcuddur. Kiyev üçün doğrudur, ABŞ-nin özü ciddi maliyə mənbəyi ola bilər. Lakin Avropanın bu məsələdə ABŞ-nin qatqısını minimuma endirmək cəhdi əsas maneədir. Hər iki tərəfin maraqları fərqli olduğu üçün dəstək məsələsində də fərqli mövqe nümayiş etdirirlər. Bu minvalla Ukrayna yaxın perspektivdə maliyyə böhranı yaşaya bilər və dayanıqlıq müharibənin taleyininə ciddi təsir göstərə bilər.
Hər halda ABŞ-nin Ukrayna məsələsində daha ciddi olduğu üzə çıxır. Sülh planı müharibədən daha etibarlıdır. Əgər bu baş tutarsa Avropanın indiki halda maliyyəsinin həlledici rola sahib olmadığı məlum olacaq. Lakin sülh planının suya düşməsi halında əgər Avropanın dəstəyinə ABŞ-nin maneə yaratdığı təsbit olunarsa şübhəsiz ki, Vaşinqton maliyyə problemlərinin həlli üçün labüd addımları özü atmağa məcbur olacaq”,-deyə politoloq qeyd edib.
Çimnaz Telmanqızı
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.