KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
620
17.11.2025, 23:19
İstanbulun Fatih rayonunda qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilən Böcek ailəsinin sağ qalan son üzvü – ata Servet Böcek də vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İstanbul Vilayət Sağlamlıq İdarəsinin müdiri Abdullah Emre Güner sosial şəbəkə hesabında açıqlayıb.
O bildirib ki, iki uşaq və ananın ölümündən sonra tibbi müdaxilələrə baxmayaraq, atanın da həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, noyabrın 9-da Almaniyadan İstanbula gələn Servet və Çiğdem Böcek ailəsi Fatihdəki hotellərdən birində qalıb.
Ailə üzvləri noyabrın 12-si ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilmişdi. Uşaqlar ilkin tibbi yardıma baxmayaraq, vəfat etmişdi. Ana Çiğdem Böcek övladlarından 2 gün sonra həyatını itirmişdi. Ata Servet Böceyin vəziyyəti isə son günlər ağır olaraq qiymətləndirilirdi.
Onu da bildirək ki, ailə ilə eyni hoteldə qalan iki turist də oxşar simptomlarla xəstəxanaya yerləşdirilmiş, daha bir nəfər müşahidə üçün klinikada saxlanılmışdı. Hadisədən sonra polis hotelin fəaliyyətini müvəqqəti dayandıraraq onu möhürləmişdi.
Ailə faciəsi ilə bağlı irəli sürülən iddialardan biri isə midye adlı dəniz məhsulundan zəhərlənmə ehtimalıdır. O iddia da sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olub.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.