İsrail ordusu yüksək hazırlıq vəziyyətindədir
20 May 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
537
17.11.2025, 16:38
ABŞ Yaponiyadakı İvakuni hava bazasından Typhon yerüstü raket sistemini çıxarıb.
Oxu24.com xəbər verir ki,Kyodo Xəbər Agentliyinin məlumatına görə, bu sistem sentyabr ayında ikitərəfli təlimlərin bir hissəsi olaraq yerləşdirilib və bu da Rusiya Federasiyasında narahatlıq doğurub.
Noyabrın 17-də Yaponiya Müdafiə Nazirliyinin regional bürosu şəhər administrasiyasına Typhon sisteminin çıxarılması barədə məlumat verib.
Bu, Yaponiya-Amerika "Qətiyyətli Əjdaha 25" təlimlərinin başa çatmasından sonra baş tutmalı idi.
Typhon sistemi SM-6 və Tomahawk kimi orta və qısa mənzilli raketlərin buraxılması üçün nəzərdə tutulub.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, "Qətiyyətli Əjdaha 25" təlimləri 11-25 sentyabr tarixlərində keçirilib və avadanlıqlar arxipelaqdan çıxarılmayıb. Buna görə də Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik səviyyəsinin kifayət qədər təmin edilməsi üçün lazımi kompensasiya tədbirləri görmək hüququnu təkrarlayıb.
Avqust ayında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Tifon" raket sisteminin yerləşdirilməsi ilə bağlı şərh verərək bildirib ki, Moskva dəfələrlə Tokioya Rusiya sərhədləri yaxınlığında təxribatçı hərəkətlər barədə xəbərdarlıq edib.
Bundan əvvəl ABŞ Baltik dənizində Rusiya Hərbi Dəniz Qüvvələri üçün təhlükə yaradan raket sistemi yerləşdirmişdi.
Nigar
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.