Trampdan Qrenlandiya ilə bağlı mesaj
15 Yanvar 2026, 00:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
531
15.11.2025, 23:20
Şimali Kipr Türk Respublikasında keçirilən son prezident seçkiləri regionda maraqların, mövqelərin və siyasi istiqamətlərin yenidən formalaşmasına səbəb oldu. Tufan Ərhürmanın hakimiyyətə gəlməsi, onun sosial-siyasi baxışları, diplomatiyaya yanaşması və Kipr məsələsində atacağı addımlar təkcə ada üçün deyil, Türkiyə, Şərqi Aralıq dənizi və Türk dünyası üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə də ilk xarici səfərin məhz Ankaraya reallaşması yeni dönəmin nə ilə müşayiət olunacağına dair ilkin mesajları ortaya qoyur.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Oxu24.com-a açıqlamasında son hadisələri təhlil edərək, həm Ərhürmanın seçkisi, həm Türkiyə ilə münasibətləri, həm də Kipr probleminin gələcək istiqaməti barədə fikirlərini bölüşüb.
Politoloq Turan Rzayev bildirib ki, Şimali Kipr Türk Respublikasının yeni prezidenti Tufan Ərhürmanın ilk xarici səfərinin Türkiyəyə olması həm siyasi protokol, həm də mövcud reallıqlardan doğan zərurətdir. Onun sözlərinə görə, beynəlxalq arenada tanınmayan ŞKTR üçün Ankara təkcə diplomatik dayağ deyil, eyni zamanda təhlükəsizlik təminatçısı və iqtisadi sabitliyin əsas təminedicisidir.
“Ərhürmanın Ankaraya səfəri yeni rəhbərliyin siyasi xəttinin harada dayanacağını göstərən ilk və ən önəmli jestdir. Bu, Türkiyə ilə strateji koordinasiyanın davam edəcəyinə, lakin bəzi məsələlərdə daha dialoq yönümlü siyasətin seçilə biləcəyinə işarə edir.
Ərhürmanın qələbəsi regionda bir çox faktor üçün sürpriz oldu. Xüsusilə də Ersin Tatarın Türkiyə, Azərbaycan və Türk Dövlətləri Təşkilatı ilə sıx əlaqələr fonunda atdığı addımlar yeni rəhbərliyin gələcək mövqeyinin nə olacağı ilə bağlı suallar yaradır".
Həmçinin oxuyun
Politoloq bildirib ki, Ərhürmanın Kipr türklərini beynəlxalq təcriddən çıxarmaq üçün federasiya modelinə daha açıq yanaşması Tatar administrasiyasının müstəqillik xəttindən müəyyən qədər fərqlənir. Bununla belə, Ankara üçün əsas şərt Kipr türklərinin siyasi hüquqlarının və təhlükəsizliyinin danışıqlarda qorunmasıdır.
"Ərdoğanın Ərhürmanı Beştəpədə dövlət başçısı statusunda rəsmi mərasimlə qarşıladığını xatırladan politoloq bunu Türkiyənin ŞKTR-yə dövlət kimi yanaşmasının açıq göstəricisi hesab edir: “Bu, həm diplomatik təcridin yumşalmasına yönələn addımdır, həm də Türkiyənin Kipr məsələsində siyasi ardıcıllığının davamıdır.
Ərhürmanın Ankaraya səfəri təkcə start nöqtəsi deyil, həm də Kipr məsələsinin növbəti mərhələsinin siyasi konturunun müəyyənləşdirilməsidir. Onun federasiya modelinə meyilli mövqeyi Türkiyənin uzun müddətdir irəli sürdüyü iki dövlətli həll təklifindən fərqli görünsə də, yeni dövrdə bu fərqlilik qarşıdurma yox, danışıqların formatını yeniləyə biləcək potensial amil kimi qiymətləndirilə bilər.
Ankara üçün əsas məsələ danışıqlar masasına hansı prinsiplərlə oturulacağıdır. Burada təhlükəsizlik, suveren bərabərlik və siyasi hüquqlar əsas prioritet olaraq qalır. Ərhürmanın dialoqa açıq siyasi üslubu Türkiyənin maraqlarını ziddiyyətə salmadan yeni müzakirə kanallarının açılmasına şərait yarada bilər.
Görünən odur ki, Ərhürmanın seçilməsi ŞKTR-nın xarici siyasətində dövrün tələblərinə uyğun yenilənmə yaratmağa imkan verir. Bununla yanaşı, onun növbəti səfərinin Azərbaycana ola bilməsi ehtimalı Türk dövlətləri ilə əlaqələrin zəifləməyəcəyinə işarə edir. Bu, həm siyasi, həm də regional əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan addım ola bilər".
Pərvin Şakirqızı
01:51 / 15 Yanvar 2026
105
00:59 / 15 Yanvar 2026
76
23:58 / 14 Yanvar 2026
105
23:54 / 14 Yanvar 2026
122
23:39 / 14 Yanvar 2026
119
23:35 / 14 Yanvar 2026
86
23:30 / 14 Yanvar 2026
130
23:23 / 14 Yanvar 2026
78
23:18 / 14 Yanvar 2026
373
23:10 / 14 Yanvar 2026
1114
23:08 / 14 Yanvar 2026
601
23:05 / 14 Yanvar 2026
209
23:02 / 14 Yanvar 2026
1027
22:59 / 14 Yanvar 2026
124
22:52 / 14 Yanvar 2026
89
22:48 / 14 Yanvar 2026
482
22:43 / 14 Yanvar 2026
83
22:31 / 14 Yanvar 2026
238
22:26 / 14 Yanvar 2026
274
22:26 / 14 Yanvar 2026
136
22:21 / 14 Yanvar 2026
80
22:13 / 14 Yanvar 2026
116
22:10 / 14 Yanvar 2026
173
22:01 / 14 Yanvar 2026
1026
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.