KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
606
13.11.2025, 14:58
Rusiyanın Orenburq vilayətində yerləşən ən böyük neft emalı müəssisələrindən biri “Orsknefteorqsintez” (“OrskNOS”) zavodu fəaliyyətini tamamilə dayandırıb.
“Forteinvest” şirkətinə məxsus olan bu müəssisə noyabrın 10-da baş verən qəza səbəbindən xammal emalını dayandırıb və həftənin sonuna qədər işə başlamayacaq.
Bu barədə “Reuters” agentliyi sənaye mənbələrinə istinadən məlumat yayıb.
“Neft emalı zavodu bazar ertəsindən bazar gününə qədər işləməyəcək. Tamamilə bağlanıb. Texniki fövqəladə vəziyyət yaranıb”, - Mənbə deyib.
Bildirilir ki, avadanlığın modernləşdirilməsi zamanı yanğın baş verib, lakin alov sonradan söndürülüb.
Məlumata əsasən, noyabrın 11-də zavod pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Orenburq vilayətinin qubernatoru Yevgeni Solnsev həmin gün bildirib ki, PUA hücumu nəticəsində regiondakı sənaye obyektlərindən biri zərər çəkib, lakin konkret hansı müəssisədən söhbət getdiyini açıqlamayıb.
“OrskNOS”un illik nominal gücü 5,76 milyon ton neft xammalı təşkil edir. Zavod vilayətin yanacaq bazarının 40 faizdən çoxunu təmin edir və məhsulunu qonşu regionlara da ixrac edir. “Reuters” mənbələrinin məlumatına görə, son aylarda zavod gündəlik təxminən 13 min ton xammal emal edirdi. Beləliklə, bir həftəlik dayanma nəticəsində təxminən 70 min tonluq emal həcmi itiriləcək.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.