Ermənistanda siyasi qarşıdurma dərinləşir - əsəblər tarıma çəkilib
21 May 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
667
11.11.2025, 23:32
Xəbər verdiyimiz kimi, bir neçə saat əvvəl Gəncədən havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı bir sıra versiyalar irəli sürülüb və bu hadisə gündəmin əsas müzakirə mövzusuna çevrilib. Ümumiyyətlə, “C-130” təyyarəsinin xarakteristikası, onun hansı məqsədlər üçün istifadə edilməsi, Gəncəyə gəlməsi xüsusi maraq doğurur.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib ki, bu, 1953-cü ildə ABŞ tərəfindən istehsalına başlanılan təyyarədir:
“Hərbi yük təyyarəsidir və istehsalı 1955-ci ildə başa çatıb. NATO ölkələrindən başqa Argentina, Anqola və digər dövlətlərdə də istifadə olunur. Təyyarənin təzə modellərinin (C-130 H və C-130 C) qiyməti 30-60 milyon dollara qədər dəyişir. Bu, 2019-cu ildə ən effektli təyyarə hesab olunub. Həmçinin hərbçilərin daşınmasında da istifadə olunur. Effektli olduğu üçün indiyədək qəzaya uğradığına rast gəlinməyib. Təyyarənin Gəncəyə nə daşıdığı haqda məlumat yoxdur. Ola bilər ki, təyyarə Gəncəyə silah daşıyıb. Türkiyənin istifadəsində olan “C-130″lar tez-tez Azərbaycana uçuşlar edir.
Türkiyə noyabrda Böyük Britaniyadan 12 ədəd “C-130” alıb. Ancaq özünün də arsenalında bu tip təyyarələr mövcud olub. Ümumi say açıqlanmır”.
Hərbi ekspert, ehtiyatda olan kapitan Ədalət Verdiyev isə bildirib ki, hazırda qəza ilə bağlı araşdırmalar gedir:
“Əlimizdə təyyarənin yerə enməsi ilə bağlı yalnız bir görüntü var. Təyyarənin hər iki tərəfdən mühərriklərində və qanadlarında olan yanacağın alışmasını görürük. Bütün versiyaları araşdırmaq lazımdır. Bundan sonra dəqiq səbəblər məlum olacaq. Təbii ki, Rusiyanın son zamanlar həm Malayziya, həm Azərbaycan təyyarəsinə qarşı törətdiklərini nəzərə alsaq, o zaman qəzada “Rusiya izi” versiyasını qətiyyətlə istisna edə bilmərik”.
16:44 / 21 May 2026
1
16:42 / 21 May 2026
5
16:41 / 21 May 2026
12
16:31 / 21 May 2026
15
16:29 / 21 May 2026
23
16:07 / 21 May 2026
206
16:02 / 21 May 2026
45
16:00 / 21 May 2026
40
15:54 / 21 May 2026
43
15:46 / 21 May 2026
47
15:43 / 21 May 2026
57
15:31 / 21 May 2026
49
15:24 / 21 May 2026
56
15:02 / 21 May 2026
185
15:01 / 21 May 2026
369
14:59 / 21 May 2026
65
14:53 / 21 May 2026
64
14:49 / 21 May 2026
52
14:47 / 21 May 2026
60
14:34 / 21 May 2026
147
14:02 / 21 May 2026
78
14:01 / 21 May 2026
172
13:57 / 21 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.