Ermənistanda siyasi qarşıdurma dərinləşir - əsəblər tarıma çəkilib
21 May 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2011
11.11.2025, 21:30
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlamentdəki qrup toplantısında çıxış edərkən Türkiyə və Azərbaycanın strateji əməkdaşlığının bəzi dairələri narahat etdiyini bildirib. MHP lideri qeyd edib ki, türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Baxçalı “münasibətlərə kölgə salmaq istəyənlər” dedikdə hansı dövlətləri nəzərdə tutub? Aydındır ki, bu nə ABŞ, nə də Rusiyadır. Çünki Baxçalı sonrakı cümləsində 8 avqustda Vaşinqtonda imzalanmış bəyannamənin Azərbaycan-Ermənistan sülh prosesinə mühüm təkan verəcəyini bildirib.
Rusiyaya gəldikdə isə Baxçalı bir müddət əvvəl Türkiyənin Rusiya və Çinlə üçlü ittifaq qurmasını təklif etmişdi.
Yerdə qalır İran və bir qrup Avropa dövlətindən şübhələnmək.
Oxşar sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İctimai Televiziyaya son müsahibəsində deyib. Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının asan olmayacağını deyərək, sözlərinə “əvvəlki kimi, üçüncü ölkələr tərəfindən bu prosesi pozmaq cəhdləri olacaq” ifadəsini işlədib. Liderlər pozucu dövlətlərin adlarını çəkmədiklərinə görə, bu iş siyasi ekspertlərə qalır.
Moskva və Tehran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının əleyhinə olmasalar da, Rusiya və İrandakı şovinist dairələr Cənubi Qafqazda sülhün əleyhinədirlər. Çünki onlar düşünürlər ki, Azərbaycanla Ermənistan arasında sülh və əməkdaşlıq olarsa, bölgədə Türkiyə, ABŞ və AB-nin rolu artacaq. Bunu isə Rusiya və İrandakı şovinist dairələr istəmirlər”, - o qeyd edib.
Xatırladaq ki, Baxçalının bu çıxışı Azərbaycandan gedən Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğradığı vaxta təsadüf edib.
Mənbə:Bakupost
16:44 / 21 May 2026
1
16:42 / 21 May 2026
5
16:41 / 21 May 2026
12
16:31 / 21 May 2026
15
16:29 / 21 May 2026
23
16:07 / 21 May 2026
206
16:02 / 21 May 2026
45
16:00 / 21 May 2026
40
15:54 / 21 May 2026
43
15:46 / 21 May 2026
47
15:43 / 21 May 2026
57
15:31 / 21 May 2026
49
15:24 / 21 May 2026
56
15:02 / 21 May 2026
185
15:01 / 21 May 2026
369
14:59 / 21 May 2026
65
14:53 / 21 May 2026
64
14:49 / 21 May 2026
52
14:47 / 21 May 2026
60
14:34 / 21 May 2026
147
14:02 / 21 May 2026
78
14:01 / 21 May 2026
172
13:57 / 21 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.