KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
586
11.11.2025, 20:00
Qazaxıstan və Rusiya prezidentləri Qasım-Jomart Tokayev və Vladimir Putin Kremldə qeyri-rəsmi görüş keçirəcəklər.
Oxu24.com xəbər verir ki, Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibayın sözlərinə görə, "Kremldə qeyri-rəsmi təkbətək görüş keçiriləcək, həmçinin Qasım-Jomart Tokayevin səfəri şərəfinə Rusiya Federasiyası Prezidenti tərəfindən təşkil edilən rəsmi şam yeməyi olacaq".
Jeldibay əlavə edib ki, Tokayev çərşənbə günü Putinlə həm dar, həm də geniş formatda danışıqlar aparacaq və Qazaxıstan-Rusiya Regionlararası Əməkdaşlıq Forumunda çıxış edəcək.
Tokayev bir gün əvvəl dövlət səfəri ilə Moskvaya gəlib. Onu hava limanında Rusiya Baş nazirinin birinci müavini Denis Manturov qarşılayıb. Qazaxıstan lideri noyabrın 12-dək Rusiyada qalacaq. Putinlə danışıqları zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlığının inkişafı və siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müttəfiqlik münasibətləri ilə bağlı əsas məsələlərin müzakirə olunacağı gözlənilir. Digər məsələlərlə yanaşı, regional və beynəlxalq gündəmdəki əsas mövzular da müzakirə olunacaq.
Qazaxıstan və Rusiya liderləri ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, dövlət başçıları qaz layihələri, əməkdaşlıq, təbii qaz təchizatı və digər mövzuları müzakirə edəcəklər.
Nigar
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.