UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
820
10.11.2025, 12:11
“Sülh Azərbaycanın şərtləri əsasında — onun tələblərinin yerinə yetirilməsi ilə həyata keçirilir. Bakının son açıqlamaları və Paşinyanın paylaşdığı məqalələr bunu təsdiqləyir”.
Oxu24.com globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Suren Surenyants deyib.
“Məqalə “Paşinyanın sülhü — Azərbaycanın şərtləri ilə: Paşinyan Bakının yeni tələbini qəbul etdi” başlığı altında dərc olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə yaxınlarda bəyan edib ki, Qazax rayonunun üç kəndinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması hər zaman Bakının prioriteti olub.
Onun sözlərinə görə, bu məsələ sərhədlərin delimitasiyası üzrə komissiyalar çərçivəsində həll edilməlidir”.
Surenyantsın sözlərinə görə, Azərbaycan sülhün yalnız bütün tələblərin tam yerinə yetirilməsi halında mümkün olduğunh gizlətmir:
“Paşinyan isə öz Telegram kanalında bildirib ki, delimitasiya nəticəsində Ermənistan Artsvaşeni (Başkənd – red.) və digər “işğal olunmuş əraziləri” geri qaytarmalıdır. Lakin bu, Artsvaşeni qaytarmaq cəhdi deyil, qarşılıqlılıq illüziyası yaratmaqdır.
Artsvaşen mövzusu heç vaxt danışıqlar gündəliyində olmayıb (ən azı Azərbaycanın baxımından), halbuki anklavlar məsələsi çoxdan Bakının tələbləri siyahısına daxil edilib.
Beləliklə, nəticə çıxarmaq olar ki, Paşinyan ya artıq razılaşıb, ya da sadəcə müqavimət göstərməkdən imtina edib”.
Ekspertin fikrincə, anklavların qaytarılması Ermənistan üçün təhlükəsizlik və institusional sabitlik baxımından fəlakət olacaq:
“Ermənistanın alternativ yolu var idi:
– Artsvaşenin dörd anklavla mübadiləsi,
– Ya da məsələnin dondurulması, yəni İrəvan və Bakı arasında etimad mexanizmləri formalaşanadək gözləmək.
Sureyantsın sözlərinə görə, belə addımlar dövlət maraqlarına uyğun və suverenliyə xələl gətirmədən atıla bilər.
01:03 / 23 May 2026
103
00:16 / 23 May 2026
133
00:09 / 23 May 2026
144
00:06 / 23 May 2026
110
00:04 / 23 May 2026
68
00:00 / 23 May 2026
138
23:49 / 22 May 2026
93
23:45 / 22 May 2026
230
23:43 / 22 May 2026
157
23:38 / 22 May 2026
105
23:30 / 22 May 2026
168
23:30 / 22 May 2026
92
23:19 / 22 May 2026
103
23:18 / 22 May 2026
121
23:14 / 22 May 2026
114
23:02 / 22 May 2026
306
22:56 / 22 May 2026
84
22:56 / 22 May 2026
85
22:52 / 22 May 2026
149
22:47 / 22 May 2026
80
22:40 / 22 May 2026
215
22:34 / 22 May 2026
857
22:16 / 22 May 2026
222
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.