UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
694
09.11.2025, 01:01
2023-cü ildə antiterror əməliyyatından 10-15 dəqiqə əvvəl Rusiya sülhməramlılarının Qarabağda komandanlğına bu barədə məlumat verildi.
Oxu24.com xəbər verir ki, bunu İTV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, sülhməramlılara öz kazarmalarına, təhlükəsiz yerlərə keçməli olduqları barədə bildirilib və vurğulanıb ki, əks halda onların həyatına təhlükə var:
"Onlar da buna, əsasən, riayət etdilər. Sülhməramlıların bunu etməmək üçün əsasları da yox idi, çünki üç il ərzində dəfələrlə onlara qanunsuz erməni silahlı qüvvələrinin addımları ilə bağlı xəbərdarlıqlar edilmişdi. Onlara ərazilərin minalanması, istehkamların qurulması, silah-sursatın daşınması ilə bağlı xəbərdarlıqlar edilirdi. Sülhməramlılar isə bu məsələlərin onların səlahiyyətinə daxil olmadığını deyirdilər. Bildirirdilər ki, bizə mandat da verməmisiz, ona görə biz burda sadəcə olaraq ümumi müşahidə aparırıq".
C.Bayramov vurğulayıb ki, erməni əhalisi Qarabağı könüllü tərk etdikdən sonra sülhməramlıların orada nə ilə məşğul olması barədə sual yarandı.
"Biz bu məsələdə hansısa ciddi israr etmirdik. Onsuz da bilirdik ki, bunun bəlli bir müddəti var. Onlarda belə təsəvvür var idi ki, erməni sakinləri arasında iş aparmaqla kimlərinsə geri qayıtmaq fikri var və onlara yenə də ehtiyac olacaq. Moskvadan belə bir mesajlar verilirdi. Bir müddət sonra məlum oldu ki, ermənilərin geri qayıtmaq fikri yoxdur və onlara da aydın oldu ki, burda qalmaq məntiqsizdir. Onlara şərait yaradıldı və onlar mərasimlər keçirməklə buranı tərk etdilər", - nazir bildirib.
C.Bayramov xatırladıb ki, üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq tərəflərdən biri müddətin bitməsinə altı ay qalmış məlumat vermirsə, sülhməramlıların fəaliyyəti növbəti beş ilə uzadılmalı idi.
"Bunun müddəti 2025-ci ilin mayın 10-da idi. Baxmayaraq ki, Azərbaycanda artıq Rusiya sülhməramlıları yox idi, sırf hüquqi baxımdan, sonradan kimdəsə sual yaranmaması üçün biz bu ilin 30 aprelində Rusiya tərəfinə rəsmi nota verdik və vəziyyəti tam əks etdirdik. Bildirdik ki, onların mandatı tam ləğv olunur".
01:03 / 23 May 2026
207
00:16 / 23 May 2026
315
00:09 / 23 May 2026
255
00:06 / 23 May 2026
177
00:04 / 23 May 2026
123
00:00 / 23 May 2026
326
23:49 / 22 May 2026
133
23:45 / 22 May 2026
415
23:43 / 22 May 2026
259
23:38 / 22 May 2026
195
23:30 / 22 May 2026
220
23:30 / 22 May 2026
124
23:19 / 22 May 2026
143
23:18 / 22 May 2026
159
23:14 / 22 May 2026
168
23:02 / 22 May 2026
505
22:56 / 22 May 2026
115
22:56 / 22 May 2026
119
22:52 / 22 May 2026
233
22:47 / 22 May 2026
111
22:40 / 22 May 2026
269
22:34 / 22 May 2026
1072
22:16 / 22 May 2026
300
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.