UNO-larla bağlı video yayıldı
22 May 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
612
05.11.2025, 19:30
Sovet İttifaqı 1990-cı ildə nüvə sınaqları keçirib, lakin Rusiya Federasiyası müasir tarixdə heç vaxt bunu etməyib.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters agentliyi Rusiya Təhlükəsizlik Şurasının iclasının nəticələrini təhlil edərək bu barədə məlumat yayıb.
"ABŞ sonuncu dəfə 1992-ci ildə, Çin və Fransa 1996-cı ildə, Sovet İttifaqı isə 1990-cı ildə sınaq keçirib. Sovet nüvə arsenalını miras alan postsovet Rusiyası heç vaxt bunu etməyib", - deyə nəşr bildirib.
Rusiyanın müdafiə naziri Andrey Belousov 5 noyabrda Rusiya Təhlükəsizlik Şurasının iclasında Novaya Zemlya arxipelaqının artıq nüvə sınaqlarına hazır olduğunu qeyd edib.
Nazir tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlıqlara başlamağın məqsədəuyğun olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür sınaqlar Novaya Zemlyada baş tuta bilər.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiyanın bir neçə aydan bir neçə ilə qədər müddətdə nüvə sınaqları keçirməyə hazır olacağını bildirib.
Təhlükəsizlik Şurası üzvlərinin açıqlamaları ABŞ prezidenti Donald Trampın oktyabrın sonlarında nüvə silahı sınaqlarına başlamaq barədə sərəncamı ilə bağlı olub. Tramp sınaqların keçirilməsini Hərbi Departamentə (Pentaqon) tapşırdı. Amerika liderinin sözlərinə görə, sınaqlar "dərhal" başlamalı və ABŞ digər nüvə gücləri ilə "bərabər səviyyədə" hərəkət edəcək.
Bundan əvvəl Belousov ABŞ-ın Rusiyaya 6-7 dəqiqə ərzində çata bilən raketlər yerləşdirmək planlarını açıqlamışdı.
Nigar
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.