KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
617
05.11.2025, 16:23
Yaponiya hakimiyyəti bir neçə prefekturada ayı hücumları ilə mübarizə aparmaq üçün hərbi personal yerləşdirib.
Oxu24.com xəbər verir ki, bu haqda Sky News məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Yaponiya Özünümüdafiə Qüvvələri Kazuno şəhərində əməliyyata başlayıb. Missiyanın bir hissəsi olaraq, hərbçilər ayı tələlərinin daşınmasına, qurulmasına və yoxlanılmasına kömək edəcəklər.
"Sakinlər təhlükəni hər gün hiss edirlər. Bu, insanların həyat tərzinə təsir göstərərək onları evdə qalmağa və ya tədbirləri ləğv etməyə məcbur edib", - deyə Kazuno meri Şinji Sasamoto hərbçilərlə görüşdən sonra bildirib.
Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından bəri ölkə daxilində 100-dən çox ayı hücumu baş verib.
Oktyabr ayında Honşu adasındakı Numata şəhərində təxminən 1,4 metr uzunluğunda yetkin ayı yerli supermarketə girib və iki alıcıya hücum edərək yüngül xəsarətlər alıb. Təcili yardım xidmətləri gəlməmişdən əvvəl ayı mağazadan qaçıb.
Daha əvvəl Yaponiyada insanlara edilən hücumların sayının artması səbəbindən ayılar haqqında filmin premyerası ləğv edilmişdi.
Nigar
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.