TƏCİLİ! İran bu ölkəyə hücuma keçdi - Bombardman edilir
23 May 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
559
01.11.2025, 20:35
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Oxu24.com-un xəbərinə görə, bu barədə Panorama.am saytı Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verib.
Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olaraq tətbiq ediləcək.
Qeyd edilib ki, bu təşəbbüs 1363-A və 1902-L nömrəli hökumət qərarları ilə təsdiq edilmiş 2021-2026-cı illər üçün dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir. Proqram rus, ingilis, fransız və qonşu ölkələrin dilləri də daxil olmaqla, xarici və regional dillərin tədrisinin genişləndirilməsini nəzərdə tutur.
Vurğulanıb ki, regional dillər 2022-2023-cü tədris ilində erməni məktəblərində üçüncü xarici dil və ya dərsdənkənar fənn kimi tədris olunmağa başlanıb. O dövrdə proqram Ermənistandakı 33 məktəbdə mövcud olub: 13-ü fars dili, 13-ü türk dili, 4-ü Azərbaycan dili, 3-ü gürcü dili tədris edib.
Nazirlikdən əlavə edilib ki, məktəblər təsdiq edilmiş tədris planları və müəllimləri olduqda dil kurslarının tətbiqi barədə müstəqil qərar verirlər.
01:23 / 24 May 2026
5
01:14 / 24 May 2026
52
01:01 / 24 May 2026
101
00:58 / 24 May 2026
50
00:54 / 24 May 2026
134
00:51 / 24 May 2026
71
00:43 / 24 May 2026
200
00:41 / 24 May 2026
128
00:17 / 24 May 2026
180
00:03 / 24 May 2026
80
23:59 / 23 May 2026
201
23:59 / 23 May 2026
107
23:56 / 23 May 2026
157
23:50 / 23 May 2026
169
23:39 / 23 May 2026
215
23:36 / 23 May 2026
291
23:33 / 23 May 2026
87
23:25 / 23 May 2026
89
23:19 / 23 May 2026
83
23:17 / 23 May 2026
75
23:14 / 23 May 2026
181
23:11 / 23 May 2026
135
23:00 / 23 May 2026
218
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.