KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
15 Noyabr 2026, 23:32
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
615
30.10.2025, 17:31
Fransanın enerji şirkəti TotalEnergies Rusiya neft ticarətini könüllü olaraq dayandırdığı üçün zərərə düşüb.
Oxu24.com xəbər verir ki, bu barədə şirkətin baş direktoru Patrik Puyanne konfrans zəngi zamanı bildirib.
Puyannenin sözlərinə görə, şirkət 2022-ci ilin sonunda Rusiya nefti ticarətini dayandırıb ki, bu da onu bəzi hallarda rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə salıb.
"Bildiyiniz kimi, TotalEnergies 2022-ci ilin sonunda Rusiya nefti ticarətini dayandırıb. Bəzi hallarda digər şirkətlərlə müqayisədə özümüzü cəzalandırmışıq", - deyə TotalEnergies-in baş direktoru bildirib.
Eyni zamanda, Puyanne bu yanaşmanın Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət etməyin düzgün yolu olduğunu vurğulayıb.
İyun ayında Rusiya Federasiyası Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti İqor Yuşkov qeyd edib ki, Fransa maliyyə maraqlarını itirməkdən narahat olduğu üçün Rusiya qazına qarşı sanksiyaları dəstəkləmir. Onun sözlərinə görə, bu narahatlıq Fransanın Rusiya enerji sektoru ilə sıx iqtisadi əlaqələrindən qaynaqlanır. Xüsusilə, Fransanın TotalEnergies şirkəti hələ də Rusiyanın qaz istehsalçısı Novatek şirkətində paya sahibdir.
Ekspertin sözlərinə görə, Fransa şirkəti Yamal LNG və Arctic LNG 2 layihələrində də paya sahib olduğundan korporativ səviyyədə ciddi itkilərə məruz qalmaq riski daşıyır.
Daha əvvəl yeddi Aİ ölkəsi Rusiyadan enerji idxalını artırmışdı.
Nigar
08:54 / 16 Noyabr 2026
1
08:45 / 16 Noyabr 2026
36
08:42 / 16 Noyabr 2026
40
08:32 / 16 Noyabr 2026
46
08:21 / 16 Noyabr 2026
52
08:01 / 16 Noyabr 2026
58
00:08 / 16 Noyabr 2026
175
23:41 / 15 Noyabr 2026
208
23:35 / 15 Noyabr 2026
332
23:32 / 15 Noyabr 2026
158
23:07 / 15 Noyabr 2026
570
22:43 / 15 Noyabr 2026
1565
22:34 / 15 Noyabr 2026
204
22:24 / 15 Noyabr 2026
165
22:05 / 15 Noyabr 2026
1305
21:57 / 15 Noyabr 2026
740
21:37 / 15 Noyabr 2026
1647
21:07 / 15 Noyabr 2026
1640
20:58 / 15 Noyabr 2026
775
20:55 / 15 Noyabr 2026
304
20:44 / 15 Noyabr 2026
496
20:39 / 15 Noyabr 2026
178
20:30 / 15 Noyabr 2026
215
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.