Qaynar xətt:

(+99450) 247 90 86

Levandovski "Barsa"da qalacaq

Levandovski   "Barsa"da   qalacaq

DÜNYA

289

25.11.2024, 13:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Barselona" polşalı hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərarını verib.

Oxu24.com xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

Klub rəhbərliyi 36 yaşlı hücumçunun komandada qalmağını istəyir. Kataloniya təmsilçisi artıq Levandovskiyə növbəti mövsümdə də ona ümid bəsləyəcəklərini bildirib.

Qeyd olunur ki, Levandovski ilə yanaşı, daha əvvəl klubdan gedəcəyi gözlənilən müdafiəçi İniqo Martinez də "Barselona"da  qalacaq.

Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 18 matça çıxıb, 20 qol vurub və  2 qolun ötürməsini verib.