Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna ilk dəfə Rusiyanı ballistik raketlərlə vurdu

Ukrayna ilk dəfə Rusiyanı ballistik  raketlərlə  vurdu

DÜNYA

303

19.11.2024, 15:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna müdafiə qüvvələri ilk dəfə Rusiya ərazisini ATACMS ballistik raketləri ilə vurub.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Ukrayna Silahlı Qüvvələrindəki mənbənin sözlərinə görə, hücum Rusiya Federasiyasının Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə edilib: "Həqiqətən də, ATACMS ilk dəfə Rusiya Federasiyası ərazisinə zərbə endirmək üçün istifadə edilib. Zərbə Bryansk vilayətində yerləşən obyektə edilib, o, uğurla vurulub".